Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı - Natəvan haqqında bilmədiklərimiz...

Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı - Natəvan haqqında bilmədiklərimiz...BiG.AZ kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı faktları təqdim edir.

Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.

***

Natəvanın musiqi sahəsinə gəlişi təsadüfi olub. 1999-cu ildə restoranların birində aşpaz işləyən anasının yanına gedib gələn Natəvan hər gün restoranın səhnəsində məşqlər edər, mahnılar oxuyarmış. Günlərin birində restorana gələn bəstəkar Vaqif Gərayzadə Natəvanın səsini dinləyir və onu yeni yaratdığı qrupun tərkibində görmək istəyir. Ancaq bu barədə Natəvana heç kim heç nə demir. İki aydan sonra Vaqif Gərayzadə müğənni Elnarə Xəlilovanın vasitəsi ilə özü Natəvanı tapır və qrupa dəvət edir.

"W-Trio" qrupu qısa zaman ərzində böyük uğurlar qazanır. Qrupun tərkibində olan Elnarə Xəlilova, Röya və Natəvan Həbibi də qrupla birgə məşhurlaşırlar. Musiqinin birləşdirdiyi bu üç qadın ifaçı həyatda həm də, çox yaxın dost olurlar.

***

Ancaq gözlənilmədən 2002-ci ildə qrup dağılır. Çoxları bunu müğənnilərin solo karyeraya başlaması ilə əlaqələndirsələr də, Natəvan müsahibələrinin birində bu barədə deyir:

"Biz 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Biz qrupu dağıtdıq. Mənə qarşı Elnarə və Röya tərəfindən elə şeylər olundu ki, bu barədə indi danışmayacam. Vaxtı var. Bizim aramız elə pozuldu ki, biz artıq işləyə bilməzdik. Nə qrup, nə dostluq? Sonuncu toya gedəndə, biz düşmən idik. Səhnəyə çıxanda bir-birimizə nifrət edə-edə oxuyurduq. Onlar mənim şəxsi həyatımı alt-üst elədilər, qrup da dağıldı. Elnarə də, Röya da ikisi mənə qarşı idilər. Amma sonra onların özlərinin də, araları dəydi".

Beləliklə, 2006-cı ildən Natəvan solo karyeraya başlayır. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağlı olub. Öz dəsti-xətti ilə seçilən Natəvan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.

***
Ətraflı

Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlib.

24 may 2014-cü ildə H. Əliyev Sarayının səhnəsində "DİNLƏ" adlı solo konsert proqramı ilə, sentyabrında isə "Crystal Hall"-da konserti baş tutdu.

***

2015-ci ildə çəkilən "Zaman adlı qatar" filminin soundtrekini ifa edən müğənni, "Başıma bəla", "Sən", "İstərəm" adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi "Anlayamadım" mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016" ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni "Hozu" adlı romantik komediya filmində baş rola dəvət alıb.

Natəvanın anası ilə atası o, uşaq olanda ayrılıblar. Bacısı Sara və anası ilə birgə yaşayan müğənni iyirimi il atasının üzünü görməyib. Bu barədə müsahibələrinin birində o, deyir:

"Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm övladımım atası da, anası da olsun. Əlbəttə mən də atamı görmək atzulayıram, onun üçün darıxıram. Amma... Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limanda yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim "papa". Mənə baxdı, dedi Natulya... İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Dedi, sən bilirsən, hər şeyi. Anamla aralarında inciklik var. Həyat, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə əsas odur ki, hər şey yaxşıdır".

2017-ci ildə reper Dado ilə ailə quran müğənni bir müddət sonra həyat yoldaşından ayrıldığını açıqlayır. Onların Zeyd adlı bir oğlu olsa da, müğənni bu barədə deyir:

"Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa, ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm. Sadəcə baş tutmur, gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi".

Müğənni dostlar tərəfindən zamanla xəyanətə məruz qaldığını deyir. Yaxın dostları olan Tolik, Səidə Sultan, Oksana Rəsulova ilə gah barışıq, gah küsülü olan Natavən Həbibi toyların birində çıxış edən zaman prodüsser Toliklə küsülü imiş. Toyun təşkilatçısı isə Tolik olduğundan Natəvan səhnəyə çıxan zaman aparıcı onun adını elan etmir. Natəvan fonoqram ilə oxuduğu zaman isə qəsdən toyun işıqları keçirilir və Natəvanın ifa etdiyi mahnı yarımçıq qalır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1251   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Alya"nın toyu olacaq

Türkiyəli aktrisa Sinem Ünsal ərə getməyə hazırlaşır. Axşam.az xəbər verir ki, o, həmkarı Berk Cankatla ailə quracaq. Cütlük bu yay nikah masasına əyləşəcək. Qeyd edək ki, Sinem Ünsal hazırda "Uzak şehir" serialında "Alya" obrazını canlandırır

17.05.2026 537
.

Puqaçovanın qəsri muzey ola bilər

Şoumen və prodüser Gera İvaşenko müğənni Alla Puqaçovanın Rusiyanın Qryaz kəndində yerləşən qəsrinin muzeyə çevrilməsini təklif edib. Axşam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. İvaşenkonun sözlərinə görə, bu addım uzun müddətdir istifadəsiz qalan binanın yenidən canlanmasına və bölgəy

14:42 126
.

Onlar da boşandı

Türkiyəli aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosun 8 illik evliliklərini rəsmi qaydada sonlandırıblar. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, şou aləminin nümunəvi cütlüklərindən hesab olunan və 2018-ci ildə böyük sevgi ilə ailə quran aktyorlar ötən bazar ertəsi məhkəmə qarşısın

17.05.2026 369
.

"Ona qarşı heç bir hissim OLMAYIB..." - Kamil Zeynallı

Fitness məşqçisi və sosial media fenomeni Kamil Zeynallı etdiyi emosional açıqlama ilə diqqət çəkib. xəbər verir ki, o, keçdiyi çətin həyat yolundan və uşaqlıq illərində yaşadığı ailə problemlərindən danışıb. Zeynallı bildirib ki, anası ailə həyatının ilk günlərindən ağır sınaqlarla qarşılaşıb:. "Ana

23.05.2026 5104
.

""Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"

"Maska"da oxuduğum "Bivəfa" mənə yad idi. Qismətə inanıram. Bu mahnı illər əvvəl mənə təklif edilmişdi". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Cümə axşamı" proqramında deyib. Müğənni "Maska" şouda oxuduğu "Bivəfa" mahnıs

16:20 100
.

Aygün Kazımova Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO

Səhhətində problem yaşadığı deyilən Xalq artisti Aygün Kazımova yenidən görüntülənib. xəbər verir ki, Pop Diva yenidən duet ortağı kimi tanınan Namiq Qaraçuxurlu ilə eyni səhnəni bölüşüb. Məkanların birində baş tutan çıxış zamanı sənətçilərin səhnə enerjisi və səmimi münasibəti diqqət çəkib. İkilini

23.05.2026 1250
.

Tatlıses xəstəxanadan evə buraxıldı

1 aydır xəstəxanada müalicəsi davam edən türkiyəli müğənni İbrahim Tatlıses evə buraxılıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçinin yaxın dostu, müğənni Mahmut Tuncer məlumat yayıb. O, Tatlıseslə yeni çəkdirdiyi fotonu da izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Tatlıses səhhətində yaranan proble

24.05.2026 319
.

Serenay Sarıkaya saxlanıldı

Türkiyəli aktrisa Serenay Sarıkaya saxlanılıb. Axşam.az xəbər verir ki, Türkiyəyə qayıdan aktrisa İstanbulda saxlanılaraq Məhkəmə Tibbi Ekspertizaya saç və qan nümunələrini götürülməsi üçün aparılıb. Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində daha 25 nəfəri

25.05.2026 515
.

Röyanın maraq yaradan VİDEOSU

Xalq artisti Röya Ayxanın qardaşı oğlu Mete ilə görüntüləri sosial şəbəkələrdə maraq doğurub. xəbər verir ki, pop ulduz səfər öncəsi hazırlıq anlarını izləyiciləri ilə bölüşüb. Yayılan kadrlarda Röya Ayxanın qardaçının övladı ilə səmimi və mehriban münasibəti diqqət çəkib. İzləyicilər xüsusilə sənətçini

17:00 51
.

TOP MP3