Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!

Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konsertinin ilk günü ötən gün "KEvenets Group" və "Peachline"nın təşkilatçılığı ilə reallaşıb.

OLAY yazır ki, sənətçi səhnəsindən öncə jurnalistlərlə görüşüb və sualları cavablandırıb:

"3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə mən heç nə qazanmıram və heç də təəssüflənmirəm. Çünki biz o pulların hamısını o qədər xərclədik ki, bu konserti edən şəxslərə, hər kəsə artıq borcum var. Sevinirəm ki, bu gün borcumu ödəmək mənə qismət oldu".

Ranar Musayevlə iş birliyi edən Röya konsert hazırlığından da söz açıb:

"17 gün ərzində bir ilin işini görmüşük. Bir həftə ərzində Gülya Vekilova tərəfindən 25 kostyum hazırlanıb və onları bu gün geyinəcəyəm. Soyunub-geyinmək də elə səhnədə olacaq. Bilmirəm artıq nə edə bilərəm. Çox gözəl bir şou hazırladıq. Əminəm ki, sevəcəksiniz. Bu günlük məni bir az yola verin. Martda başqa bir həyəcanla görüşəcəyik".

Media nümayəndələrinə təşəkkür edən sənətçi daha sonra səhnəyə çıxıb.

İntro videosu ilə diqqətçəkən Röya tamaşaçıları üçün 8 metr hündürlükdən enərək performans göstərib. "Nero" rəqs qrupunun müşayiəti ilə 3 saat ərzində lirik və hərəkətli hitlərini səsləndirən sənətçi "Səninəm", "Bəlkə də", "Sənə görə", "Dəniz" kimi mahnılarını ifa edib.

"Dəli kimi" adlandırılan tədbirdə Xalq artisti 25 kostyum dəyişib. Onun əsasən boz, ağ, gümüşü, qızılı və qara tonlarında seçdiyi libaslar hər mahnının mövzusuna uyğunlaşdırılıb.

Səhnə iki bölümdən: hərəkətli və hərəkətsiz hissədən ibarət olub. "Dəli kimi" dueti zamanı aktyor Nicat Rəhimov aşağı mərtəbədən masanın üstündə səhnəyə çıxıb.

Gəmi, pəncərə, taksofon, müxtəlif maketlərlə yanaşı diqqət çəkən digər məqam isə mərkəzin səhnəsinə avtomobilin çıxarılması olub. Röya "Afaki" mahnısı zamanı maşının üstündə canlı ifa səsləndirib.

Həmçinin, aparıcı Nəsib Nur da səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib. Dijital və işıq effektlərinin bol olduğu konsertdə zalın arxa tərəfində əyləşən izləyicilər üçün də mini səhnə qurulub. Ayxan onlar üçün əsas səhnədən həmin bölümə keçib, daha sonra ikinci mərtəbəyə qalxıb.

Anşlaqla keçən gecənin sonuna yaxın o, Ceyhun Zeynalovla "Bəzən" klipinin təqdimatını da Konqres Mərkəzində gerçəkləşdirib.

Onlarla rəqqasın olduğu tədbirdə musiqiçilər Türkiyədən gətirilib. Röyanı konsertdə 4 bek-vokal müşayiət edib. Müğənni konsertin sonunda səhnədən aşağı tullanaraq gözdən itib.

Qeyd edək ki, konsert bu gün və sabah davam edəcək.

Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!Röyadan gözlənilməz şou: Səmadan səhnəyə!


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1258   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.