"Şəhərdəki bütün qızlar bir-birinə bənzəyir"

"Şəhərdəki bütün qızlar bir-birinə bənzəyir"Aparıcı-aktrisa Turanə Hüseynli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi instaqram hekayə bölməsində paylaşdığı videoda səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Turanə son zamanlar bütün qızların bir-birinə bənzədiyini bildirərək bundan narahat olduğunu qeyd edib:

"Çoxdandır ki, müşahidə edirəm. Sosial mediada və xüsusilə şəhərdə insanlar arasında gəzəndə görürəm ki, bütün qızlar bir-birinə oxşayır. Xanım baxımlı olmalıdır, razıyam. Pulunuz var, əcəb edirsiniz, nə istəyirsiniz, edin. Amma bir az individuallıq… Bu kosmetoloqlarda da bir az insaf yoxdur, hamıya eyni şeyləri edirlər. İnstaqramda şəkil qarşıma çıxdı, baxıram ki, bu filankəsdir, girib görürəm ki, başqa adamdır. Amma aralarında beş fərqi tap desələr, tapa bilməzsən.

Maraqlısı odur ki, bu təkcə üzdə olan oxşarlıq deyil. Uzaqdan bədən olaraq da ayıra bilmirsən ki, bu kimin arxasıdır? Bilmirəm, bu qədər həkimlər necə insaflı davrana bilmirlər? Çox çirkin görsənir. O insanların estetik görüntüləri məni çox narahat edir. Ümumiyyətlə, məni niyə narahat edir? Özləri bilər. Amma qarşımıza çıxanda biz də zövq almırıq… Birinci kişilərə yazığım gəldi, sonra dedim ki, haqq olur, yaxşı olur. Tələb, təklif məsələsidir. Təbii gözəllik, təbii qadın, təbii hisslər deyə-deyə, ancaq süni, saxta, gel dodaqlı, botokslu, dolğulu qızlara dəyər verə-verə axırda bütün ölkə belə oldu. Haqq olur sizə. Qoyun təbii qızlar bu təbiiliyi və gözəlliyi anlayan kişilərin sevgisinə layiq görülsün, bu qədər…".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2860   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 294
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu

20.09.2026 282
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın

25.09.2026 437
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 856
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 289
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 248
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 465
.