Bəhram "Rayonlu-şəhərli" söhbəti haqda: "Onların ahı məni tutar"

Bəhram "Rayonlu-şəhərli" söhbəti haqda: "Onların ahı məni tutar""Ölkəyə bu qədər sərmayə qoyulur, iş gedir. Və xaricilər gəlib özünü apara bilməyən tərbiyəsiz vətəndaşları görəndə, işlərimiz puç olur. Mənə dedilər ki, Bəhram bakılılarla rayonluları bölür. Bu yalan söhbətdir, mən heç vaxt rayon, kənd sözü istifadə etməmişəm, şəhərə gələn insanlar demişəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Danışaq?" verilişində deyib. Aktyor onu düzgün başa düşmədiklərini bildirib:

"Birincisi bu, Bakı kəndlərindən, Moskvadan və Ərəbistandan gələn turistlər də ola bilər. İkincisi isə rayon camaatını Bakı ilə müqayisə edə bilmərəm, cinayətkar olaram. İnsanlara qarşı yox, öz nəslimə qarşı. Çünki mənim babalarım, nənələrim ucqar kəndlərdən gəlib və Bakıda məskunlaşıblar. 1946-cı ildə babam Basqal kəndindən gəlib, Bakıdakı şamaxılılar məhəlləsində yerləşib. Bu gün rayon elə, rayon belə deyə bilmərəm. Qələt edərəm. Sabah onların ahı məni tutar. Babamla nənəm deyər ki, biz də kənddən gəlmişik. Məni düz başa düşmədilər, düşmək istəmədilər. Hamısı savadsızlıqdan, cahillikdən irəli gəlir. Həmin videoya da baxmayıblar, hansısa çayxanada eşidiblər ki, "Bəhram Bağırzadə rayonları pisləyib". Mən harada onu demişəm? Təqribi eşidirlər və dərhal vuraq, öldürək, dağıdaq deyirlər. Bir videoya bax, fikirləş ki, nə demək istəmişəm. Sözüm budur ki, istəmirəm məmləkətimdə cahil insanlar olsun. Təkcə Bakıda yox, Naxçıvanda, Lənkəranda, Zaqatalada da tərbiyəli, mədəni olun. Niyə sən küçəyə zibil atmalısan, tüpürməlisən, dama çıxmalısan. Bizdə hələ indiyədək növbə mədəniyyəti yoxdur. İnsanlar gəlir məndən kitab almağa, başa sala bilmirəm ki, növbədə dayanın".

Əməkdar artist ona yazılan tənqidlərdən də danışıb:

"O qədər cahil insanlar var ki, məbə söyüşlər, qarğışlar yazıblar. Bilirsiniz nələr yazırlar? Deyirlər, kaş koronavirus səni aparardı, ölüb gedərdin. Görün nə qədər bu insan Allahsızdır ki, bu sözləri yaza bilir. Amma mən onların hamısı üçün dua edirəm. Nə əsəbiləşirəm, nə qarğış edirəm, nə də ürəyimdə söyürəm. Hamısı üçün dua edirəm. Güclü kişi heç zaman qarğış edib söyüş söyməz. O ancaq zəiflikdən irəli gəlir. Hər gün dua edib deyirəm ki, ay Allah, onlara hidayət ver, onlara ruzi-bərəkət ver ki, onda-bunda gözü qalmasın. Heç kimə daş atmasınlar, öz işləriylə məşğul olsunlar. Bacaran insanları da narahat etməsinlər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1056   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 294
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu

20.09.2026 282
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın

25.09.2026 437
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 856
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 289
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 248
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 465
.