Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTO

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOTarix boyu müsəlman ixtiraçıların dünyaya bəxş etdikləri ixtiralar həm Avropanı, həm də digər ölkələri dəyişməyə kifayət edib. Hələ qədimlərdə ilk hamamları, xəstəxanaları müsəlmanların tikdiyi iddia edilir. Çünki Şərq ölkələrinin ən çox önəm verdiyi şeylərdən biri də tibb və təmizlik olub. Ancaq müsəlmanların ixtira etdikləri bununla bitmir. Onlar elm sahəsinə də mühüm və vacib töhfələrini veriblər. Xarici mediaların biri bu barədə maraqlı siyahı hazırlayıb.

Lent.az həmin siyahını təqdim edir:

Avtoqələm

İlk avtoqələm 953-cü ildə Misir sultanlarının biri üçün ixtira olunub. Belə ki, həmin dövrdə sultan paltarını və əlini bulamayan qələm tələb edib. Daha sonra onun göstərişi ilə bu qələm hazırlanıb.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOBarıt

Tarixdə ilk dəfə barıtdan ərəblər hərbi məqsədlər üçün istifadə edib. O zamanki Xaç yürüşlərində müsəlmanların istifadə etdikləri bu maddə avropalıları bir xeyli təəccübləndirmişdi.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOParaşüt

Əndəlüslü şair Abbas Qasım İbn Firnas 852-ci ildə uçan bir cihaz hazırlamaq istəyib. O uçan aparatına ipək və qartal tüklərindən qanad düzəldib. Daha sonra hazırladığı cihazla məscidin minarəsindən tullanıb. Uzun müddət havada quş kimi uça bilməsə də, yerə heç bir zədə almadan enə bilib. Bu hadisə Qərbdə təyyarələr hazırlayan və uçurmağı bacaran Rayt qardaşlarından təxminən 1023 il əvvələ təsadüf edir.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOSabun

Xaç yürüşləri zamanı müsəlmanları təəccübləndirən xristianların aqressivliyi deyil, avropalılardan gələn pis qoxu və çox az hallarda çimmələri idi. Hələ Qədim Misirdə o vaxtları sabun var idi. Amma ərəblər müasir növlü sabunu müxtəlif bitki yağlarını qarışdıraraq əldə edib. Həmçinin, şampun da ərəblərin ixtirasıdır. O ilk dəfə İngiltərəyə 1759-cu ildə bir müsəlman tərəfindən gətirilib.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOPeyvənd

İlk peyvənd anlayışı İslam dünyasında yaranıb. Avropada hələ tətbiq olunmazdan 50 il əvvəl Osmanlı İmperiyasında uşaqlara çiçək xəstəliyinə qarşı peyvənd edilirdi. Həmin dövrdə ingilis səfirinin həyat yoldaşı Ledi Montaqu eyni üsulun öz ölkəsində tətbiq edilməsi üçün cəhd göstərsə də, həm kilsə, həm də elm adamları tərəfindən mənfi reaksiyalar almışdı.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOCərrahiyə alətləri

Bu gün dünyada istifadə edilən bütün cərrahi alətlərin ixtiraçısı Əndəlüs əməvilərindən biri olan Əl Zəhraviyədir. Müasir tibbdə neştər, sümük mişarı, göz cərrahiyəsi üçün qayçı və daha 200 cərrahi alət hələ də istifadə olunur.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOXalçalar

Xalça mədəniyyəti ilk dəfə Yaxın Şərqdə yaranan və müasir dövrümüzə qədər gəlib çatan ən mühüm ev əşyasıdır. Avropalılar xalçaçılıqla bağlı bütün texnikaları müsəlmanlardan götürüb.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOŞahmat

Şahmat ilk dəfə 6-cı əsrdə Hindistanda yaranıb. Hələ bizim eradan əvvəllər şahmatın oynandığına dair sübutlar Misirdəki piramidaların gövdələrində aydın şəkildə görünür. Amma hazırda dünyada oynanılan şahmat forması ilk dəfə 10-cu əsrdə İranda hazırlanıb. Yaxın Şərqdə və Asiyada tanınan şahmat Əməvilər vasitəsilə Avropaya gətirilib.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTOQəhvə

Qəhvə ağacı ilk dəfə Həbəşistanın Kaffa bölgəsində tapılıb. Bu sözün ərəbcə qarşılığı "qahvah"dır. Ərəblər o vaxtlar bu içkini xoş içki, şərab kimi istifadə edirdi. Qəhvə indiki anlamını isə 14-cü əsrdə almağa başlayıb.

Daha sonra o 15-ci əsrdə Osmanlı və Məkkəyə, 1645-ci ildə isə Venesiyaya gətirilib. Burada türk dilində "qəhvə" sözünə çevrilib və Avropada café, caffe, koffie, coffee, koffie, Kaffee kimi səslənməyə başlayıb. 1652-ci ildə İngiltərəyə qəhvəni ilk Paşa Rza adlı türk gətirib. Daha sonra o buranın məşhur Lombard küçəsində ilk qəhvəxanasını açıb.

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1341   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31.10.2026 434
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 576
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

00:33 288
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 724
.

Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa

05.11.2026 428
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

00:20 141
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 513
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 459
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 201
.