İlham Əliyev və Mehriban Əliyeva Bakıda hotelin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 19-da paytaxtda "The Ritz-Carlton Baku" hotelinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident hoteldə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, hündürlüyü 130 metr olan hotel binası 33 mərtəbəlidir. "The Ritz-Carlton Baku" hotelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi hotel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.
Qeyd edilib ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı "Şuşa" zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, hoteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar "Qarabağ", "Ağdam", "Cəbrayıl", "Qubadlı", "Tərtər", "Xocalı", "Füzuli", "Zəngilan", "Kəlbəcər, "Xankəndi", "Xocavənd" və "Laçın" otaqlarıdır.
Bildirilib ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Hotelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ni bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda müasir hotel infrastrukturunun yaradılmasına hələ uzun illər bundan əvvəl başlanılıb. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu isə öz növbəsində turist axınının artması ilə müşayiət olunur. Bu cür müasir və dünyaca məşhur hotel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.


























15:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 19-da paytaxtda "The Ritz-Carlton Baku" hotelinin açılışında iştirak ediblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1554 Tarix: 19 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
00:21 257 Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video
Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs
11:31 115 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 281 Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək
11:15 123 Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı
10:00 147 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto/Video
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir. xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramların
11:12 122 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 300 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 231 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud
12:40 0