"Qarabağdakı ermənilər də azərbaycanlı ekofəallara qoşulsunlar"

"Qarabağdakı ermənilər də azərbaycanlı ekofəallara qoşulsunlar""Laçın-Xankəndi yolunda Azərbaycanın ekofəallarının keçirdikləri aksiya hər şeydən öncə Azərbaycan təbiətinə vurulan ziyanın qarşısını almağa hesablanıb. Eyni zamanda, Azərbaycan dövlətinin suveren hüquqlarının, Azərbaycanın bütün ərazisində tətbiq olunmasına yönəlib. Ona görə də ekoaktivistlərimizin, ekofaəllarımızın bu aksiyası bütün Azərbaycan xalqı tərəfindən dəstəklənir və bütün dünya baş verən bu hadisələrin fərqində olmalıdır".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Millət vəkili bildirib ki, bu gün Qarabağda baş verən ekoloji terror dünyada ekoloji mühitə də təsir edir:

"Hazırda mövcud problemlər qlobal problemlərdir. Əgər dünyanın bir quşəsində ekoloji mühit zədələnirsə bu, dünyanın digər nöqtələrinə də öz təsirini göstərir. Bu gün Qarabağda yaşanan ekoloji terror bütün dünyada ekoloji mühitin pozulmasına gətirib çıxaracaq nəticələrə səbəb ola bilər. Ona görə də bu aksiyaların davam etməsi və son məqsədinə çatması olduqca mühüm əhəmiyyətlidir.

Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada 21-ci əsrin yeni yaşıl enerji dəhlizi ilə bağlı müqavilə imzaladı. Bu tədbirdə Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyendə iştirak edirdi. Yaşıl enerji mənbəyi kimi çıxış edən Azərbaycanın Avropaya yaşıl enerji ixracı həm də birbaşa bu gün Qarabağda baş verənlərlə bağlıdır. Çünki Azərbaycanın yaşıl enerji mənbələrinin biri də Qarabağda olan meşə ərazilərimizdə təbii proseslər nəticəsində formalaşan enerji mənbələridir. Bu isə erməni terrorçuları olan Vardanyanlar, Köçəryanlar, Arutunyanlar bu ekoloji mühiti dağıdırlar, Azərbaycanın təbiətinə ziyan vururlar. Ona görə də bu məsələ Avropanın təbiətsevərləri tərəfindən də diqqətlə izlənməli və təqdirlə qarşılanmalıdır.

Ekoloji mühitin sərhədi yoxdur, qlobaldır. Düşünürəm ki, bu gün Qarabağda yaşayan təqribən 25 min erməni sakinlərinin də içərisində təbiətsevərlər var, ekologiya haqqında düşünənlər var. Təmənnamız ondan ibarətdir ki, onlar da gəlib azərbaycanlı ekofəallarla bu ekoloji terrora Azərbaycanla bir yerdə qarşı çıxsınlar. Düşünürəm ki, sülhə gedən yolda bu, çox vacib bir addım ola bilər".

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
"Qarabağdakı ermənilər də azərbaycanlı ekofəallara qoşulsunlar"Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 19 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.