Bu gün Əzizə Mustafazadənin doğum günüdür - VİDEO
Bu gün Azərbaycan Respublikasının Xalq artisti, məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin doğum günüdür.
Ə.Mustafazadə 1969-cu ildə Bakı şəhərində anadan olub.
Əzizənin atası Vaqif Mustafazadə, anası isə Eliza Mustafazadədir. Vaqif Əzizənin bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir.
Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir:
"Bir dəfə atam pianoda insanda çox dərin və kədərli hisslər oyadan "Şur" muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir, "Vaqif, bir zəhmət, "Rast"a keç. "Rast"ı çal". O da çalmağa başlayıb. "Rast" isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs edər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, "Bax, bax, gör o neyləyir!? Yenə "Şur"u çal!" Atam "Şur"u çalmağa başlayanda bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədikləridir. Yenidən "Rast" çalınanda mən də təzədən rəqs eləməyə başlamışam".
Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərib, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxıb. Sonralar o, improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirib. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərib.
Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına üç gün qalmış 39 yaşlı atası Daşkənddə ürəktutmadan vəfat edib.
Atasını çox sevən Əzizənin bu böyük itkisini ovutmaq üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik qazanmasında onun caz-muğam musiqisi çox böyük rol oynayıb. Elə həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb.
Əzizə ilk albomunu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxarıb. İkinci albomu "Always" ona Almaniyanın yüksək musiqi mükafatı sayılan Səs Akademiyası mükafatını və "Soni"nin "Əks-səda" mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə "Contrasts II" albomunu çıxarıb. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə "Generations" albomunu təqdim edib.
Əzizə Mustafazadə 2018-ci il mayın 27-də Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Hazırda Əzizə Mustafazadə Almaniyada yaşayır.
Ə.Mustafazadə 2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın paytaxtında konsert verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 801 Tarix: 19 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814