Keçmişdən gələcəyə ipək körpü: Kəlağayının təmizliyi necə yoxlanılmalıdır? - ARAŞDIRMA

Keçmişdən gələcəyə ipək körpü: Kəlağayının təmizliyi necə yoxlanılmalıdır? - ARAŞDIRMAAzərbaycan qadınları hər zaman çox güclü xarakterə malik olublar. Bu gözə görünən gücün altında onlar həm də çox zəngin və zərif xüsusiyyətlərə malik idilər. Bu gün də belədir. Bu zəriflik onların davranışında, həyat tərzində, geyimində və eləcə də baş örtüyündə özünü göstərib. Azərbaycanlı xanımların ən gözəl və ən qədim baş örtüyü kəlağayıdır desək, yəqin ki, yanılmarıq.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İpəkdən hazırlanan kəlağayı incəliyinə, gözəlliyinə, həm də tibbi baxımdan xeyrinə görə digər baş örtüklərindən fərqlənir. Kəlağayıya bənzər ipək örtüklərin hazırlanması eramızdan əvvələ getsə də və sonradan Azərbaycanda fərdi şəkildə kustar üsulla ev şəraitində kəlağayılar hazırlansa da, sırf kəlağayı istehsal edən müəssisələrin işə düşməsi orta əsrlərə təsadüf edir. Kəlağayıçılıq sənətinin ilk ünvanı İsmayıllı rayonunun Basqal kəndidir. Daha sonra Şəki, Şuşa və Gəncə şəhərlərinə də bu sənət yayılıb və oralarda da istehsal olunan kəlağayılar keyfiyyətinə və gözəlliyinə görə seçiliblər. Azərbaycan kəlağayıları əcnəbilərin də diqqətini çəkib və onlar haqqında ötən əsrlərə aid səfərnamələrdə qeydlərə rast gəlinir.

Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O, həm də ismət, sevgi rəmzidir. Qədim zamanlardan əgər bir qız bir oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Ona görə də sevgisini etiraf edən bir oğlan üçün qızdan kəlağayısını almaq onun razılığını almaq hesab olunurdu. Bunun özündə də bir gözəllik, zəriflik var. Elçi gedilən qızın "hə"sini alanda da oğlanın anası, ya bacısı başına qırmızı kəlağayı salardı. Yeri gəlmişkən, bu adətimiz indi də var. Bundan başqa, toyda gəlinin başına ağ kəlağayı, gəlin gətirilən arabaya, ata zoğalı, soğanı və ya narıncı kəlağayı bağlanardı. Yaşlı xanımlar kəlağayını çalma, gənclər isə örpək kimi örtərdilər. Amma əlbəttə ki, gənclərdən də çalma bağlamağı sevənlər var.

Kəlağayıçı Zülfüqar Basqal bildirib ki, kəlağayı rəngləri əvvəl az idi, indi isə daha çeşidlidir. Ata-baba sənətini davam etdirən kəlağayıçı qeyd edin ki, kəlağayını rənglərinə görə örtmək adəti var:

"Çəhrayı rəngli kəlağayını gənc, nişanlı qızlar, ağ kəlağayını ailə quran, təxminən 25-50 yaş arası orta yaşlı xanımlar, qara kəlağayını bir qədər daha yaşlı xanımlar örtərlər. Qara kəlağayını həm də simvolik olaraq yas mərasimlərinə həm yaşlı, həm də gənc xanımlar taxarlar. Amma ümumiyyətlə şux, xoş rəngli kəlağayılar daha çox gənc, subay, təzə ailə qurmuş xanımlar üçün nəzərdə tutulur. Qəhvəyi, noxudu rəngli kəlağayılar da orta yaşlı xanımların sevdiyi tərzdir. Daha çox məşhur olan "Ağzəmin" adlı kəlağayılardır. Onu hamı tanıyır. Zəmini, yəni yerliyi ağ, qıraqlarında göy naxışlar olan kəlağayılar. Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir ki, onlar da nar qabığı, zirinc, zəfəran, narınc, qarağat və başqa bitkilərdən alınır. Həmin rənglərin alınması da ayrıca bir işdir".

Zülfüqar bəy bildirib ki, kəlağayı həm də mənəvi dəyədir:

"Kəlağayı barama qurdunun yaratdığı saplardan hazırlanır. O da çox əziyyətli və mistik bir işdir. Orda mütləq bir halallıq olmalıdır. Olmasa, ipək əmələ gəlməz. İpək də olmasa, kəlağayı olmaz. Hər bir ipəkçi, kəlağayıçı işinə həssaslıqla yanaşır. Ona ürəyini, ruhunu, sevgisini qoymasa, heç nə alınmaz. İnanın ki, bu, belədir. Qədimdən üç növ parça var: ipək, pambıq, bir də yun. Bunların hamısı müalicəvidir, bədənə ziyanı yoxdur. Sintetik parçaların orqanizmə ziyanından həkimlər özləri çox danışıb, hamı da bilir. Adlarını çəkdiyim parçalar isə çox faydalıdır. Onlardan yun bir qədər allergik olsa da, ipək və pambıq belə deyil. İpəkdən hazırlanmış kəlağayılar boyun, baş ağrılarını aradan qaldırır. Müasir dildə desək, miqren və osteoxondroz kimi xəstəliklərdə müalicəvi effekti var".

Satışda kəlağayı çoxdur. Onlar rənginə, ölçüsünə, naxışlarına görə fərqlənirlər. Yəni məsələnin bu tərəfində seçim xanımların zövqünə bağlıdır. Amma keyfiyyət məsələsinə gəlincə... Bu, artıq başqa bir mövzudur. Amma bineyi-qədimlərdən belə bir misal var ki, kəlağayının təmizliyini yoxlamaq üçün onu üzükdən keçirmək lazımdır.

"Əsl kəlağayı, dediyim kimi, təmiz ipəkdən hazırlanır. Amma, təəssüf ki, satışda sintetika ilə qarışıq parçalardan da hazırlanan, kəlağayıya bənzəyən yaylıqlar var. Əgər müştəri doğrudan da kəlağayı almaq istəyir və təmizliyini yoxlamaq istəyirsə, onu üzükdən keçirsin. Kəlağayı barmaq ölçüsündə olan üzüyün halqasından sürüşüb keçəcək. Amma sintetik qarışığı olan yaylıq kobud olduğundan halqanın içində ilişib, çətinliklə çıxacaq", - deyə Zülfüqar Basqal vurğulayıb.

Kəlağayı həm də düzgün yuyulmalıdır. Bəzən onu şampunla, ətirli sabunla yuyurlar və bu zaman rəngləri qarışır, gözəlliyi itir. Basqalda kəlağayı işi ilə məşğul olan Abbasəli kişi qeyd edib ki, kəlağayının yuyulması asan olsa da, bu sirri çoxu bilmir:

"Əvvəl ilıq suda 72 %-li paltar sabununu açmaq – əritmək, üzünə yığılan köpüyü yığmaq gərəkdir. Sonra isə kəlağayını ehmalla həmin məhlula salıb xəfifcə yumaq, axar suda yaxalayıb, yaxşıca çırpışdırıb, sərmək lazımdır. Bu üsulla yuyulan kəlağayı nə korlanar, nə də rəngi bulanar".

Son dövrlərdə kəlağayı xüsusilə dəbə düşüb. Müxtəlif yerlərdə xanımların həm başlarına, həm boyunlarına kəlağayı bağladığını görürük. Modern geyimlərin üstündə qədim bir ornament sanki müasir xanımları həm də öz kökünə bağlayır. Kəlağayı keçmişdən bu günümüzə ipək körpüdür. Xanımlar üçün özəl hədiyyə axtaran bəylər onlara kəlağayı versələr, uduzmazlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.