Cinayətkar olmamaq üçün nələrdən qaçmalıyıq? - ARAŞDIRMA

Cinayətkar olmamaq üçün nələrdən qaçmalıyıq? - ARAŞDIRMA"Qonşusunu söyüşə görə öldürdü", "Təhqirə görə tanışını qətlə yetirdi", "Toyda musiqisini kəsən adamı bıçaqladı", "Tik-Tok"dakı rəyə görə adam öldürdü" və s. tipli xəbərləri tez-tez görürük. Çox insan bu tipli xəbərləri alanda "Kaş səbirli olardı, etməzdi" deyir. Bu fikirləri biz təbii ki, soyuq başla deyirik. Bəlkə də bu cinayəti törədənlər də başqaları üçün nə vaxtsa bunu deyiblər, ancaq xoşagəlməz situasiya yarananda, dediklərini tətbiq etməyi bacarmayıblar. Yəni əsas olan həmin an özümüzü necə idarə etməyimizdir.

Bəs həmin situasiyada özümüzü necə idarə edək ki, cinayət törətməyək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Azvision.az"ın baş redaktoru Vüsal Məmmədov bildirib ki, hər kəs bu kimi situasiyalarla qarşılaşa biləcəyini bilməli və necə reaksiya verməklə bağlı beynində bir modelləşdirmə olmalıdır:

"Qəfil söyüşlə üzləşə bilərsən, mağazada kimsə sənin növbənə girəcək, yaxud avtomobil idarə edəndə səni çox əsəbiləşdirəcək siqnal verə bilər və s. Bu cür məişət konfliktlərinin hər birində vəziyyətin nəzarətdən çıxma ehtimalı var. Sadəcə, insan əvvəlcədən özü üçün bu situasiyanı modelləşdirməlidir. Düşün ki, məsələn, nə vaxtsa biri sənin ailəni söyə bilər. Mən o cür biri üçün azadlığımı qurban verməyə hazıram? Ən yuxarı həddi nəzərdə tutmalısan. Ani qərarlarla bağlı öncədən beynimizdə modelləşdirilmiş vəziyyət olmalıdır. Ailədaxili qısqanclıqdan tutmuş dostlarınla davalara, yolda və s. yerlərdə üzləşə biləcəyimiz potensial münaqişəli hansı situasiyalar varsa, hamısının öncədən ssenarisini cızmalı, götür-qoy etməliyik. Xəyalımızda o yolu keçməli və sonun nə olacağını bilməliyik. Sonra onlardan hər biri qarşımıza çıxanda artıq bizim cavabımız olur. Dəyərmi, yoxsa yox?"

V.Məmmədov özünün bu qayda ilə yaşadığını bildirib:

"Bu situasiyaları öncədən düşünmüşəm və qənaətim odur ki, ailəmi təhqir edən biri üçün cinayət törətməyim 7-8 il həbsxanaya düşməyim və ailəmin başçısız qalması ilə nəticələnək. Qərarım o olub ki, dəyməz".

"İnsan öldürməyin pis, yoxsa yaxşı iş olması ilə bağlı məşhur bir fikir var. Mahiyyəti budur ki, kimisə öldürəndə, ani baş verir. Amma həmin ana qədər insanın aylarla, illərlə vaxtı olub ki, qətl törətməyin yaxşı, yoxsa pis iş olduğunu düşünsün, götür-qoy etsin. O vaxtımız var və fikirləşmək lazımdır", - deyə V.Məmmədov qeyd edib.

Şair Qulu Ağsəs isə sözün qarşılığının söz olduğunu düşünür:

"Bu, bir çox ölkələrdə, Avropada müzakirə mövzusu deyil. Çünki təhqir olunurlarsa, silaha əl atmırlar. Avropalı təhqir olunanda, ürəyinin bir tərəfində sevinir də. Çünki qarşı tərəfi məhkəməyə verir, yaxşı da pul alır. Ən pis halda söyüşə söyüşlə cavab verirlər. Bir nəfər dodağını tərpədib onu söyürsə, qarşı tərəf də eyni şəkildə dodağını tərpədib söyür. Avropada sözün qarşılığı sözdür. Təəssüf ki müsəlman şərqində sözün qarşılığında cinayət halları çoxdur. Çağdaş Azərbaycanı müsəlman şərqi ilə müqayisə etmək ədalətsizlik olar. Çünki Azərbaycan Asiyadan çox Avropanın bir parçasıdır. Amma genetika öz sözünü deyir. Sosial şəbəkədə müzakirə gedir, kimsə fərqli münasibət bildirirsə, ona bıçaq şəkli göndərirlər, görüşüb söhbəti çürütməyə çağırırlar. Halbuki sosial şəbəkələrdə meydan verilib ki, fikrini sözlə ifadə edəsən, müzakirə aparasan".

Q.Ağsəs bildirib ki, biz sivilizasiyanın bir hissəsi olduğumuzu unutmamalıyıq:

"Biz bu gün vəhşi təbiətin yox, sivilizasiyanın bir hissəsiyik. Zorakılığın qarşılığı zorakılıqla verilməməlidir. Bundan ötrü bəşəriyyət uzun yol keçib və qanuni yol tapılıb. Bundan yaxşısını bəşəriyyət ixtira etməyib. Söyüblərsə, məhkəməyə gedirsən. Getmək istəmirsənsə, sən də eyni şəkildə cavab verirsən".

Vəkil İlhamə Həsənova isə qeyd edib ki, yüzlərlə cinayət hadisəsi anlıq emosiyaların təsiri altında baş verir. Bu cür hallarda cinayətkar olmamaq üçün özümüzə səbirli, dözümlü olmağı aşılamalıyıq:

"Ani emosiyalarla bunu edənlər sonra mütləq peşman olurlar. Necə ki kənardan baxanlar "Gərək etməzdi" deyirlər, onlar da bu fikrə gəlirlər. Amma iş işdən keçdikdən sonra. Səbirsiz olmaları, ani emosiyaların, əsəbin təsiri altında hərəkət etmələri pis nəticələrə gətirib çıxarır. O an emosiyalarını idarə edə bilsələr, o cinayəti törətməzlər. Səbirli, dözümlü olmağı özümüzə öyrətməli, qarşımızdakının səviyyəsinə düşməməliyik".

İ.Həsənova oğluna və tələbələrinə verdiyi məsləhəti də bölüşüb:

"Deyirəm ki, bəzən "O, anama, bacıma söydü, onu öldürüm" kimi yanaşırlar. Amma sizin cinayət törədib həbsə düşməyiniz nəticəsində ana-bacınız daha çox əziyyət çəkəcək, daha çox təhqir olunacaq durumla qarşılaşacaqlar. Bunları göz önünə gətirə-gətirə düşünmək lazımdır. Onsuz mədəniyyətsiz adamı döyməklə, öldürməklə tərbiyə edə bilməyəcəksən. Ziyanı özünə vurursan".

Psixiatr Orxan Fərəcli isə bildirib ki, mentalitetlərə, yetişmə tərzinə, intellektual səviyyəyə, həyata baxış tərzinə və şəxsin özünə görə bu sualın cavabı dəyişir:

"Birmənalı cavab vermək çətindir. İnsanların buna əvvəldən hazırlanması ən yaxşı yoldur. Belə situasiya olsa, mən necə davranacam? İnsan bu sual ətrafında düşünməli və bu gün cavab tapmalıdır. Ən çox tövsiyə olunan odur ki, o an üçün xüsusi qərar vermək, hərəkət etmək, hətta söz deməyi belə təxirə salmaq lazımdır. Bunun alınmadığı situasiyalar ola bilər, amma alınan məqamlar da olur. O an üçün düşünməyə çalışmaq lazımdır. Düşünüb soyuqqanlı şəkildə qərar vermək. Əgər insan düşünürsə, çox zaman qərarı bunu etməmək olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

TOP MP3