Avtomobilin rəngi dəyişdirildikdə 10 gün ərzində qeydiyyatdan keçirilməlidir - VİDEO

Avtomobilin rəngi dəyişdirildikdə 10 gün ərzində qeydiyyatdan keçirilməlidir - VİDEONəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bi gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qüvvədə olan qanunvericilikdə təyin edilən müddət dəyişdirilməyib. İndi sadəcə dövlət qeydiyyatı ilə bağlı müddəa daha da dəqiqləşdirilib və rəng amili açıq formada göstərilib.

Ekspert tövsiyə edir ki, mütləq sürücülər rəng dəyişəndən sonra verilən müddət ərzində müraciət etsinlər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyşikliklər yanvarın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə görə, əgər rəng dəyşikliyi ediləndən 10 gün müddətinə avtomobil dövlət qeydiyyatına təqdim edilməsə, sahibi 50 manat məbləğində cərimə ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kim Çen In partiya qurultayı ərəfəsində raketləri nümayiş etdirdi

Şimali Koreya lideri Kim Çen In nadir hallarda keçirilən partiya qurultayı ərəfəsində "strateji missiya" üçün nəzərdə tutulmuş onlarla yeni raket buraxılış qurğusunu təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, ölkənin silah sənayes

12:22 253
.

Sosial şəbəkələrdə çipslərdə parazit qurd görüntüləri yayıldı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə yayılan videolar çipslərin mikroskop altında çəkilən görüntüləri ilə böyük müzakirələrə səbəb olub. Görüntülərdə məhsul üzərində parazit qurdların hərəkət etdiyi açıq şəkildə görünür. Bu hallar izləyicilər arasında ciddi narahatlıq yaradıb və məhsulun təhlükəsizliyi il

14:46 478
.

Kosmosda səssiz mülkiyyət savaşı: Ayın sahibi kimdir?

ABŞ-da bir televiziya aparıcısının "Ay bizimdir" çıxışı gülüşlərə səbəb olsa da, arxa planda dövlətlər və şirkətlərin ciddi bir yarış içində olduğunu ortaya çıxardı. 1967-ci ildə imzalanan beynəlxalq kosmos antlaşmaları, günümüzdəki mədənçilik və yaşayış planları qarşısında kifayət qədər effekti

22:45 1
.

Kimlər oruc tutmamalıdır? - SİYAHI

Uzun müddətli oruc bəzi insanların bədənində müxtəlif fəsadlara səbəb ola bilər. Ölkə.Az xəbər verir ki, oruc əsasən bədən üçün istirahət dövrü olsa da, xüsusilə xroniki xəstəlikləri olanlar üçün risk yarada bilər. Lakin yüngül xroniki xəstəlikləri olanlar müəyyən vəziyyətlərə diqqət yetirmək şərti il

22:30 1
.

Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda ailə münasibətlərində xəyanət məsələsi tez-tez hüquqi mübahisələrə səbəb olur. Həyat yoldaşı xəyanət edən şəxsə qarşı təzminat tələb etmək mümkün olub-olmaması maraq doğuran suallardandır. Azərbaycan qanunvericiliyi ailə və nikah münasibətlərində tərəflərin həm maddi, həm də mənəvi hüquqların

14:28 318
.

Səhiyyə Nazirliyindən üzərlik yandıranlara XƏBƏRDARLIQ

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Səhiyy

18:30 276
.

Enerji və sülh gündəliyi: Bakı-Vaşinqton danışıqlarının əsas xətti

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirə bilər. Dəvətin məhz ABŞ Prezidenti Donald Tramp tərəfindən edilməsi isə prosesə əlavə siyasi çəki qazandırır və bunu sadəcə protokol jesti kimi qiymətləndirmə

13:51 197
.

Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb

Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb. "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

22:24 0
.

Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı - Video

Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, "sabah gələrsiz" süründürməçiliyindən narazıdır. -a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkü

16:33 358
.

TOP MP3