İranın Ermənistana silah satmasının səbəbləri – Ekspert AÇIQLADI
"Dünyada və o cümlədən Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər, hərbi-siyasi gərginlik, dövlətlərin geostrateji maraqlar uğrunda mübarizəsi açıq-aşkar hiss olunur. Dünya düzəninin yenidən formalaşmasının labüdlüyü dövlətləri gərgin vəziyyətə salmaqdadır. Belə bir məqamda İranın özünün mövcud imkanlarını, geosiyasi mövqeyini qoruyub saxlamaq istəməsi və bunu kiməsə güzəştə getmək niyyətində olmaması regionda hərbi-siyasi gərginliyi artırır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov səsləndirib.
Ekspert onu da diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin regionda yeni status-kvonu formalaşdırması, yeni yanaşmanı və dəyişikləri zəruri etməsi, heç şübhəsiz ki, İran üçün iqtisadi, siyasi və hərbi baxımdan xoşagəlməz vəziyyətin meydana gəlməsinə gətirib çıxardı:
"Məhz postmüharibə dövründə İranın Ermənistana son texnologiyaya əsaslanan silahlar satması ilə işğalçı dövlətin hərbi gücünün yenidən bərpa olmasında maraqlı olmasını yuxarıda qeyd olunan imkanlarının itirilməsinin acığını çıxması ilə izah oluna bilər. İranın Ermənistana genişmiqyaslı silah satmasının digər bir səbəbi son günlərdə İranda başlanan etiraz aksiyalarında etnik azərbaycanlıların fəallıq göstərməsi və Azərbaycan dövlətinə rəğbətini və məhəbbətini bildirən ifadələr işlətmələrinin İran rejimini bərk qorxuya salmasıdır. Ölkəsindəki baş verənlərin daha çox xarici qüvvələr, o cümlədən Azərbaycan tərəfindən idarə olunduğunu iddia edən molla rejimi adekvat addım olaraq işğalçı Ermənistana müasir silahlar satmaqla onu Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə və sanki yeni müharibəyə təhrik edir. Bununla Azərbaycanı cəzalandırmağa və hərbi-siyasi gücünü zəiflətməyə çalışır".
Müsahibimiz hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövlətlərin daxili işlərinə qarışmamaq, suverenlik və bərabərlik prinsiplərinə hörmətlə yanaşır və buna ciddi riayət edir:
"Dövlətlərin bir-birləri ilə milli maraqlara söykənən, qarşılıqlı mənafeyə xidmət edən əlaqələrini onların suveren hüququ kimi əsas götürür. Hətta İranın düşmən olan, terrorçu, işğalçı Ermənistanla belə istənilən sahədə münasibət qurmasına, ona silah satmasına belə normal yanaşır. Sadəcə Ermənistanın müsəlman dövləti olaraq Azərbaycana qarşı işğalçı, revaşist mövqeyində qalmasını, erməni separatçıların suveren ərazilərimizdə mövcudluğunu bilə-bilə ona indiki məqamda bu cür "dost", "qardaş" dəstəyini göstərməsini beynəlxalq hüquqa zidd hesab edir. Habelə regionda daimi sülhün və təhlükəsizliyin yaranmasına ümidlərin olduğu bir dönəmdə bu cür addımların atılmasını doğru hesab etmir.
Bu, onu düşünməyə əsas verir ki, regionda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycanın tam suveren bir dövlət kimi güclənməsi, dünyadakı mövqelərinin möhkəmlənməsi İranı narahat edir. Halbuki Ermənistanla müqayisədə Azərbaycanla iqtisadi-siyasi-mədəni sahədə əlaqələrin genişləndirlməsi, münasibətlərin daha da yaxşılaşdırılması İranın özü üçün də çox faydalıdır. Beynəlxalq təzyiqlərin artması, xristian həmrəyliyinin güclənməsi fonunda Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanılması və hərbi təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 18 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMisir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal
12:50 0 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm
12:34 0 İlham Əliyev: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətil
12:39 0 Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə
13:00 0 Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı
10:00 147 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən
12:54 0 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 35 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 11 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 0