DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB + FOTO/VİDEO
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə açılan cinayət işi üzrə şahidlər dindirilib.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
16:14
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında dekabr ayının 10-da saat 16:55-də silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.(qafqazinfo)


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2648 Tarix: 11 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəs
11.04.2026 154 Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır
Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B
11.04.2026 147 Ötən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb
Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 42,4 kiloqramdan ço
11.04.2026 204 Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, Tural Kərimov Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edili
11.04.2026 194 Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI
Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs
00:24 128 Bu gün Bakıda 550 küçə yuyulub - FOTO
Bu gün, aprelin 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bu barədə BİG.AZ-a Bakı Şəhər İcra Hakimiyyətini
11.04.2026 227 Azərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…
"Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur". Bu sözləri -a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib. O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:. "Bu da Ramazan ayından sonrakı dövrün təbi
11.04.2026 370 Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər. "Pasxa" - İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır
00:26 108 Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir
Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər. "Report"un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü"
11.04.2026 139