Zəngəzur dəhlizi ilə Ermənistandan Azərbaycana gətiriləcək məhsulların təhlükəsizliyi necə tənzimlənəcək?

Zəngəzur dəhlizi ilə Ermənistandan Azərbaycana gətiriləcək məhsulların təhlükəsizliyi necə tənzimlənəcək?"Lakin Ermənistanın bir kibritinin belə, Azərbaycanda satılmasının əleyhinəyəm. İllərlə Gürcüstandan Ermənistan mallarının Azərbaycana keçirilməsi müşahidə olunub, ancaq zamanla proses zəifləyib. Azad İstehlakçılar Birliyində hətta onların nümunələri də olub. Gürcüstanda "İkinci vağzal" deyilən yerdə ermənilər, gürcülər, azərbaycanlılar hər gün görüşürdülər, orada mal, pul, fikir mübadiləsi edirdilər. Mən bunları gözümlə görmüşəm. Xüsusən də markalanmayan kənd təsərrüfatı malları, ərik və sair keçirilirdi. Bəzən içki də gətirilirdi. Azərbaycan qatarında böyük bir alverçi dəstəsi vardı. Onlar o qatarda çox sərbəst idilər, əksər hallarda da biletsiz gedib-gəlirdilər. İndi bilmirəm vəziyyət necədir, səkkiz ildir, xəbərim yoxdur".

Eyyub Hüseynov onu da diqqətə çatdırıb ki, azad bazar iqtisadiyyatıdır, işi Biznesmenlər həyata keçirirlər, amma əgər bu gün biznesmenlər sözügedən təhlükələri nəzərə almadan ermənilərlə müqavilələr bağlayıb ölkəyə mal gətirərlərsə, bu, heç də yaxşı bir tendensiya olmaz:

"Azad bazar iqtisadiyyatı o demək deyil ki, Zəngəzur dəhlizi açılandan sonra bütün erməni malları ilə bazar doldurulsun. Qətiyyən belə olmamalıdır. 10 ildən çoxdur ki, Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına doğru itələyirlər. Çox yaxşı haldır ki, Azərbaycan o quruma daxil olmur. Çünki Ermənistan artıq neçə ildir ki, oranın üzvüdür. Azərbaycan da ÜTT-yə daxil olsa, həmin mallar Azərbaycana gələ bilər. Hələ ki Azərbaycan o quruma daxil olmadığı üçün gözlənilmir ki, bizim biznesmenlər gedib oradan mal gətirsinlər. Bilməliyik ki, məkrli ermənilər hər cür təxribat edə bilərlər. Onlar hətta ekspertizada araşdırılması çətin olan malları da Azərbaycana göndərə bilərlər. Ona görə də tərəfdarı deyiləm ki, Ermənistan malları Azərbaycanda satılsın".

Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri, iqtisadçı-ekspert Elman Sadıqov isə hesab edir ki, gələcəkdə sülh müqaviləsi imzalandıqdan və münasibətlər normallaşdıqdan sonra hər iki ölkənin məhsulları bir-birində satıla bilər:

"Zəngəzur dəhlizi açılandan sonra Azərbaycan və Ermənistanda istehsal olunan məhsulların qarşılıqlı ticarətinin həyata keçirilməsi məsələsi bir az fərqli tənzimlənəcək. Burada Zəngəzur dəhlizinin, əlbəttə ki, böyük rolu, önəmi var. O, demək olar ki, razılaşdırılmış bir məsələdir. Yəni bütün dövlətlər artıq məsələdə öz fikirlərini bildiriblər. Avropada da dəhlizin açılmasına qarşı heç bir şey demirlər. Amma Zəngəzur dəhlizi açılmasa belə, gələcəkdə ermənilərlə münasibət normallaşanda onların istehsal etdiyi məhsullar Azərbaycanda, eləcə də Azərbaycanın istehsal etdiyi məhsullar Ermənistanda satılacaq. Çünki bir ölkədə istehsal olunan məhsulun digər ölkədə satılması çox təbiidir. Hazırda bu ticarət haqqında onu deyə bilərik ki, istər tikinti materialları, istərsə də geyim malları ilə bağlı heç bir problem yoxdur".

Ekspertin sözlərinə görə, narahatlıq doğuran yeganə məqam ərzaq məhsulları ilə bağlıdır:

"Amma ümumilikdə, heç onunla bağlı da narahatlıq olmalı deyil. Çünki dünyada ticarətin qaydaları, beynəlxalq ticarət normaları var. Heç bir ölkə başqa bir ölkə üçün istehsal etdiyi məhsula xüsusi məhlul qata bilməz. Ümumiyyətlə, heç bir iş adamı öz işini riskə atıb imicini zədələməz. Digər bir məsələ də ondan ibarətdir ki, ermənilərin Azərbaycana göndərdikləri ərzağın təkcə Azərbaycanda satılacağı ilə bağlı zəmanət yoxdur. Həmin məhsul dolayı yolla yenə Ermənistana qayıda bilər və ya Gürcüstanda, Dağıstanda satıla bilər. Ona görə də Ermənistanın ilkin olaraq Azərbaycana göndərəcəyi məhsullara zərərli maddələrin qatılması böyük bir qalmaqal olar. Bu addım həmin məhsulu buraxan şirkətin müflis olmasına gətirib çıxarar. Bu, çox incə məsələdir. Üstəlik Dünya Ticarət Təşkilatının öz qaydaları var, arbitraj məhkəmələri var. Müasir laboratoriyalar hər şeyi qısa zamanda müəyyən edir. Əgər məhsula maddə qatıldığı müəyyənləşsə, qarşı tərəfi rahatlıqla məhkəməyə verib kompensasiya almaq olar. Ona görə də şirkətlər bu yolu seçməz".

Müsahibimiz qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi bu gün xaricdən gətirilən malların saxlanma şəraitini, istifadə vaxtının keçib-keçmədiyini tam yoxlayır:

"Əgər Agentlik digər ölkələrdən gətirilən məhsulları bir dəfə və eyni məhsulun yalnız 50 kiloqramını yoxlayırsa, Ermənistandan gətirilənləri bir neçə dəfə və daha çox həcmdə yoxlayar. Belə olanda o məhsulu gətirən iş adamının özünün bir məsuliyyəti olacaq. İqtisadiyyat özü bu cür məsələləri tənzimləyir. Biznesmen düşünəcək ki, Azərbaycan bazarı daha böyükdür, daha çox sata, nəticədə daha çox qazanc əldə edə bilər. Bəlkə də, düşünülənin əksinə, daha keyfiyyətli məhsul buraxaraq buranın bazarını ələ almaq istəyərlər.

Amma bunları əsas tutaraq heç vaxt belə bir şey etməyəcəklərini də deyə bilmərik. Daim ehtiyatlı davranmalıyıq. O da ola bilər ki, istehsal müəssisəsində çalışan hansısa psixi problemi olan bir erməni sahibkarın xəbəri olmadan məhsula nəsə qatsın. Yəni ortada işçinin yarada biləcəyi risklər də var. Amma sahibkar belə halların qarşısını almaq üçün həmin məhsulun Azərbaycana göndəriləcəyini deməyə bilər. Adətən, fabrikdən çıxan məhsulun haraya aparılacağını işçilər heç bilmirlər. Çünki o, anbarda toplanır və orada hansı ölkəyə göndəriləcəyi bəlli olur. Yəni əvvəldən sifariş olaraq hazırlanmır ki, 20 ton yağı Azərbaycana göndərək".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 976   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəs

11.04.2026 154
.

Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır

Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B

11.04.2026 147
.

Ötən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 42,4 kiloqramdan ço

11.04.2026 204
.

Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, Tural Kərimov Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edili

11.04.2026 194
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

00:24 128
.

Bu gün Bakıda 550 küçə yuyulub - FOTO

Bu gün, aprelin 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bu barədə BİG.AZ-a Bakı Şəhər İcra Hakimiyyətini

11.04.2026 227
.

Azərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…

"Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur". Bu sözləri -a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib. O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:. "Bu da Ramazan ayından sonrakı dövrün təbi

11.04.2026 370
.

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər. "Pasxa" - İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır

00:26 108
.

Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir

Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər. "Report"un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü"

11.04.2026 139
.

TOP MP3