Şahzadə Uilyamın 7 il ərzində yeyilən, 100 000 dollarlıq TOY TORTU - FOTO
Dünyanın bir hissəsində insanlar yeməyə çörək tapmadıqları halda digər hissəsində bir torta milyonlarla dollar pul xərclənir.
"Podium" adlanan ən bahalı tortun qiyməti 75 milyon dollardır. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində hazırlanan bu tortun üzərində 4000 rəngbərəng brilyant olub.
Lakin BiG.AZ oxuculara Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonun toy tortu barədə danışmaq istəyir.
2011-ci ildə hazırlanan bu tort dünyanın ən bahalı tortlarının siyahısında 9-cu yerdədir.
İlkin olaraq 80 000 dollar dəyərində qiymətləndirilən bu tortun qiyməti bu gün 100 000 dollara yaxın (99 695 dolar) olardı.
Səkkiz mərtəbəli tort əl işi olan minə yaxın detallarla bəzədilib.
Mərkəzi mərtəbələrin bəzəyi Bukingem Sarayının rəsm qalereyasının dizaynını təkrarlayır.
Tortun hündürlüyü 91 sm olub və kral ailəsinin müasir toy tortlarından ən alçaq boylusudur.
Bəs niyə bu qədər bahadır?
Qiymətin çoxluğu xərclənən zəhmət və tərkibindəki ərzaqların yüksək keyfiyyəti ilə bağlıdır.
7 ilə yeyilib bitməyən tort
Bu tortla bağlı daha bir maraqlı fakt barədə danışmaq istəyirik.
Onun əksər hissəsi toy məclisində yeyilib. Tort 650 hissəyə bölünərək paylanılıb. Lakin qonaqlardan bəziləri öz payını saxlayaraq, 3 il sonra hərracda 4000 dollara satıb. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə Çarlz və Diananın toy tortunun bir dilimi 1500 dollara satılıb.
Biskvitdən ibarət tortun üzərinə fransız konyakı əlavə olunduğu üçün bu desert illərlə xarab olmur.
Uilyam və Keyt tortlarının bir neçə mərtəbəsini saxlayaraq uşaqlarının vəftiz (xaç suyuna salınma) mərasimlərində qonaqlara veriblər: toydan 2 il sonra şahzadə Corc üçün, daha 2 il sonra şahzadə Şarlotta üçün, 2018-ci ildə isə (toydan 7 il sonra) şahzadə Lui üçün təşkil olunan məclisdə.
Bəs siz 7 il saxlanılan tortdan yeyərdinizmi?


Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2622 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPlastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili
01.11.2026 466 Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
Evdə balıq qızardarkən xarici təbəqəsinin xırçıldayan, daxilinin isə yumşaq qalmasını təmin etmək hər zaman asan olmur. Lakin qızartmadan əvvəl un qarışığına əlavə ediləcək 1 xörək qaşığı qarğıdalı nişastası balığın üzərində daha xırçıldayan və yüngül bir qabıq əmələ gətirir. xəbər verir ki, təxminə
01.11.2026 634 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1595 Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 455 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 427 Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar
Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on
01.11.2026 457 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 727 Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video
Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə
31.10.2026 708 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 218