Bu il ağac kəsməyə görə 173 cinayət işi başlanıb
Polis ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirləri davam etdirir.
Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, 2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10.800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 598 Tarix: 01 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189