"Münasibətlərin gərginləşməsində məsuliyyət İran rəhbərliyinin üzərinə düşür"
Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsində məsuliyyət İran siyasi rəhbərliyinin üzrəində düşür.
Bunu Trend-ə politoloq Elşad Həsənov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə də, müharibədən sonrakı dövrdə də, Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında qaldığı dövrdə də İran daim Ermənistanın yanında oldu, ona dəstək verdi.
"İran Ermənistana həm hərbi, siyasi, həm də maddi dəstək oldu. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra İranın bizə qarşı siyasəti tamam dəyişdi və bizə qarşı geniş təxribat, pozuçuluq işləri aparmağa başladılar. İranın "Ermənistanın sərhədlərinin dəyişdirilməsi İranın qırmızı xəttidir, Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir kimi ritorikaları" heç cür anlaşılan olmadı. Tələm tələsik Qafanda konsulluq açılması və digər məsələlər Azərbaycana qarşı hərəkətlər idi.
İranın bizim sərhədlərimizdə Araz boyu iki dəfə hərbi təlimlər keçirməsi heç cür başa düşülən olmadı. Bu gücü kimə nümayiş etdirirdi?! Təbii ki, Azərbaycana və biz bunu başa düşürük. Azərbaycan dövləti də müharibədən əvvəlki Azərbaycan deyil. Azərbaycan hazırda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü bir dövlətdir və biz gücümüzü Vətən müharibəsi zamanı göstərdik, yeni hərbi taktika tətbiq etdik və bütün dünya da bunu qəbul etdi", - deyə E.Həsənov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan İrana adekvat cavab verməyə çalışdı.
"Azərbaycan diplimatik yolla başa salmağa çalışdı ki, İran həddini aşmağa çalışmasın. Biz İrandan qorxmuruq, çəkinmirik, ancaq Azərbaycan dövlətinin siyasəti qonşularla xoş qonşuluq siyasətini davam etdirməkdir", - deyə E.Həsənov bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirdiyi fikirlər İranda yaşayan 30 milyondan çox azərbaycanlılara da bir mesajdır, onlara dəstəkdir.
"Çünki orada yaşayan azərbaycanlılar uzun illərdir İranın fars-molla rejminin təzyiqlərinə dözürlər, ancaq artıq dözmək istəmirilər. İranda azərbaycan dilində bir dənə də məktəb yoxdur, halbuki azlıqda olan ermənilərin həm orta məktəbləri, həm ali məktəbləri var. Ancaq fars rejimi 30 milyondan artıq azərbaycanlını assimlasiya edib ana dillərini farslaşdırmaq istəyir. Ancaq azərbaycanlılar öz taleyinə biganə deyil, öz ana dillərini qoruyub saxlayırlar. Cənab Prezident İlham Əliyev vurğuladı ki, biz İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik. Prezident öz çıxında İranın azərbaycanlılara qarşı siyasətinin dəyişməsinin vacibliyini bildirdi. Bu fikirlər zamanında və yerində deyilən fikirlərdir", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 569 Tarix: 27 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır
Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B
11.04.2026 266 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz
01:33 475 Səfir: İsrail "Hizbullah"la atəşkəsi müzakirə etmək niyyətində deyil
İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəsi müzakirə etmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter "The Times of Israel" nəşrinə şərhində bildirib. "İsrailə hücumlarını davam etdirən və iki ölkə arasında sül
11.04.2026 200 Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkə
11:08 206 Azərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey
00:11 445 Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır?
Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına man
11.04.2026 217 Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...
Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə
00:09 433 ABŞ və İran arasında danışıqların üçüncü raundu başlayıb - YENİLƏNİB
İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu İslamabadda Pakistanın vasitəçiliyi ilə başlayıb. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Bu mərhələ tərəflər üçün bir sıra məsələlər üzrə razılığa gəlmək baxımından "son şans" hesab olunur
01:21 539 İş günü QISALDILACAQ - TARİX
Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qey
00:15 497