ŞOK QƏTL: İnternetdə tanış olduğu kişiyə aşiq oldu, öldürüldü və daxili orqanları oğurlandı - FOTOLAR

ŞOK QƏTL: İnternetdə tanış olduğu kişiyə aşiq oldu, öldürüldü və daxili orqanları oğurlandı - FOTOLARİnternetdə tanış olduğu və onun üçün Peruya gedən 31 yaşlı tibb tələbəsi ilə eşq yaşayan 51 yaşlı qadın orqan mafiyasının əlinə keçib.

Musavat.com xəbər verir ki, bədbəxt qadının meyiti parçalanmış halda tapıldığı halda tapılıb.

Qadının sevgilisi orqan alveri ilə məşğul olduğu üçün həbs edilib.

Adının Blanka Arellano olduğu öyrənilən 51 yaşlı qadın iyulun sonlarında ailəsinə internetdə tanış olduğu biri ilə uzunmüddətli münasibətdə olduğunu və onunla görüşmək üçün Peruya getdiyini söyləyib.

İnternetten tanıştığı adama aşık oldu, öldürüldü ve iç organları çalındı

Blanka Peruya getdikdən sonra ailəsinə və dostlarına hər şeyin yaxşı getdiyini və xoşbəxt olduğunu deyib. O, noyabrın 7-də qardaşı qızı Karla ilə son söhbətindən hər şeyin qaydasında olduğunu bildirib. Hər kəs bədbəxt qadının sevgilisi ilə xoşbəxt olduğunu düşünərkən, Blankanın birdən-birə ailəsi ilə əlaqəsi kəsilib. Ailə bütün səylərinə baxmayaraq ona tapa bilməyəndə, qardaşı qızı Karla bibisinin sevgilisi Xuan Pablo Jesús Villafuerte ilə əlaqə saxlamağa qərar verib.

Lakin 31 yaşlı tibb tələbəsinin dedikləri ailənin narahatlığını artırıb.

İnternetten tanıştığı adama aşık oldu, öldürüldü ve iç organları çalındı

Xuan adlı gənc izah edib ki, Blanka ona istədiyi həyatı verə bilməyəcəyini dedikdən sonra təyyarə bileti alıb və ölkəsinə qayıtmağa qərar verib. Cəmi 5 gün əvvəl bibisi ilə danışan Karla 31 yaşlı kişinin sözlərini ziddiyyətli görüb və noyabrın 12-də atdığı tvitlə sosial mediadan kömək istəyib.

Ailəsi hər yerdə Blankanı axtararkən, noyabrın 10-da üzərində gümüş üzük olan kəsilmiş barmaq yerli çimərliklərdən birinin sahilində tapılıb. Sonrakı günlərdə üzü olmayan baş, qol və bütün daxili orqanları çıxarılan gövdə də tapılıb.

Blanca Olivia Arellano Gutiérrez | Desaparición de turista mexicana en Perú: todo sobre el caso que hallaría respuestas en el cuerpo mutilado hallado en playa de Huacho | rmmn | LIMA | EL COMERCIO PERÚ

"The İndependent" qəzetinin xəbərinə görə, səlahiyyətlilər itkin düşdüyünü elan edən ailə ilə əlaqə saxlayıb və parçalanmış cəsədin Blankaya aid olduğu üzə çıxıb. Ailəsi bədbəxt qadını barmağındakı gümüş üzük tanıya bilib.

Noyabrın 17-də orqan qaçaqmalçılığı ittihamı ilə həbs edilən Villafuertenin evində hamam və camaşırxanada qan izləri tapılıb. Həmin şəxsin ölkədəki orqan mafiyasının üzvü olduğu güman edilir.

Mövzuyla əlaqədar yerli mətbuatda yer alan iddialar da insanları şoka salıb.

İnternetten tanıştığı adama aşık oldu, öldürüldü ve iç organları çalındı

Bildirilir ki, Blanka yoxa çıxandan qısa müddət sonra şübhəli şəxs onun bədən hissələrini kəsdiyi videoları TikTok-da yerləşdirib.

Blankanın ailəsi yaşadıqlarına hələ də inana bilmədiklərini bildirib: "Yaşadıqlarımızı ifadə etməyə söz tapa bilmirik. Blanka mehriban, istiqanlı, ağıllı, fədakar insan idi və o, belə xatırlanmalıdır. Biz Peru qanunlarına və bu günə qədər qüsursuz bir iş görən səlahiyyətlilərin ədalətinə tam etibar edirik".

ŞOK QƏTL: İnternetdə tanış olduğu kişiyə aşiq oldu, öldürüldü və daxili orqanları oğurlandı - FOTOLARŞOK QƏTL: İnternetdə tanış olduğu kişiyə aşiq oldu, öldürüldü və daxili orqanları oğurlandı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

14.11.2026 154
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 218
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 233
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 93
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

14.11.2026 239
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 104
.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

14.11.2026 142
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14.11.2026 345
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14.11.2026 282
.