ABŞ-da türkofob senator və onun erməni arvadı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-da türkofob senator və onun erməni arvadı barədəki istintaqın təfərrüatı məlum olub"The Wall Street Journal"ın əməkdaşları Korin Reymi və Ceyms Fanelli yazır ki, ABŞ senatoru Bob Menendesin həyat yoldaşı Nadin Arslanyan federal araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Caliber.Az-ın məlumatına görə, müstəntiqlər Arslanyanın Nyu Cersi ştatının yüksək rütbəli senatorunun rəğbətini qazanan şəxslərdən hədiyyə və ya ianə alıb-almadığını araşdırırlar.

Xatırladaq ki, ermənipərəst və türkofob Bob Menendes 2006-cı ildən senatordur və hazırda Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.

"The Wall Street Journal"ın məlumatına görə, Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu Menendesin 2020-ci ildə evləndiyi həyat yoldaşı Nadin Arslanyanın şəriklərini məhkəməyə çağırıb. Onların dediyinə görə, çağırış zamanı həm Arslanyan, həm də Menendes haqqında məlumat istənilib.

Nəşr qeyd edir ki, istintaq prokurorlar tərəfindən 2015-ci ildə Menendesə qarşı qaldırılan və məhkəmə prosesi ilə nəticələnən ictimai korrupsiya işindən ayrıdır.

2019-cu ilin sonlarında federal müstəntiqlər Edcvoterdə (Nyu-Cersi) yerləşən "IS EG Halal" şirkətinin təsisçisi Vael Xananın evində və ofisində axtarış aparmaq üçün order alıblar. Məsələ ilə tanış olan insanların fikrincə, Xana Arslanyanın ortağıdır. Onun şirkəti isə Misirə ixrac üçün halal ətin sertifikatlaşdırılmasına icazə verilən yeganə müəssisə kimi tanınır.

Hökumət tərəfindən müsadirə edilmiş əmlakın geri qaytarılmasını istəyən Xananın vəkili Lourens Lustberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar ABŞ-da açıqlanmayan mümkün xarici lobbiçilik və federal qanunun digər potensial pozuntusu hallarını araşdırırdılar.

Prokurorlar həmçinin Arslanyanın çoxdankı dostu və Xananın maraqlarını təmsil edən Nyu Cersi ştatının vəkili Andranik Aslanyanı da məhkəməyə çağırıblar. Aslanyan deyib ki, prokurorlar senatorun arvadı ilə münasibətini soruşduqda o, qadını 25 ildir tanıdığını və hər ikisinin erməni olduğunu bildirib. Eyni zamanda vəkil prokurorların ondan nə istədikləri barədə heç bir fikri olmadığını vurğulayıb.

Menendes və Arslanyan Nyu Cersi ştatının Enqlvud Kliffs şəhərində yaşayırlar. Ermənipərəst senatorun həyat yoldaşı haqqında onun Nyu-York Universitetində oxuduğu və beynəlxalq siyasət üzrə təhsil alması məlumdur. Arslanyan 2019-cu ildə Nyu Cersidə yaradılmış "Strategic International Business Consultants LLC" holdinq şirkətinin prezidentidir. O, həmçinin Nyu Cersidə tibbi sınaq şirkəti olan "Fusion Diagnostics Laboratories"də çalışıb. Şirkətin icraçı direktoru Moataz Abdallahın sözlərinə görə, Arslanyan bir müddət satış və marketinq departamentində işləyib.

2015-ci ildə Menendesə qarşı ictimai korrupsiya işində federal prokurorlar onun müəyyənə kömək müqabilində Floridadan olan oftalmoloq Salomon Melgendən şəxsi təyyarə uçuşları və tətillər də daxil olmaqla, təqribən 1 milyon dollarlıq hədiyyələr aldığını iddia ediblər.

Qeyd edək ki, senator Menendes uzun illər Amerikadakı erməni diasporunun əsas lobbiçilərindən biri hesab olunur. Təbii ki, floridali oftalmoloq Salomon Melgen ilə əlaqələrdən də göründüyü kimi, o, bunu pulsuz etməyib. 1995-ci ildən Menendes ABŞ Konqresinin Erməni İşləri üzrə Qrupu adlanan bir qrupun ən fəal funksionerlərindən biridir.

Xatırladaq ki, Menendes ABŞ-ın Azərbaycana helikopter satmasına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını bloklayıb.

Bundan başqa, o, ABŞ-ın Azərbaycana hərbi yardımını və Türkiyəyə F-16 qırıcıları və komponentlərinin satışının qarşısını alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD

"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ı

06.08.2026 154
.

Meyti Ləhic bağlarındakı evində tapıldı

Bakıda evdən meyit tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. 63 yaşlı Mübariz Məmiş oğlu Quliyevin meyiti yaşadığı Ləhic bağlar sahəsindəki evində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır

06.08.2026 177
.

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. xəbər verir ki, "Daily Monitor"

06.08.2026 162
.

Süni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?

"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima

06.08.2026 191
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

06.08.2026 291
.

Anası öldü, dəfn yox, toy mərasimi keçirdi

ABŞ-da Şavanda Stiverson adlı qadın anasının son arzusunu yerinə yetirərək ənənəvi dəfn mərasimi əvəzinə simvolik toy təşkil edib. xarici mediaya istinadla xəbər verir ki, qadının anası Delfiya Uilson sağlığında dəfn mərasimlərini sevmədiyini bildirib və ölümündən sonra onun şərəfinə matəm deyil, bayra

06.08.2026 178
.

Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı

Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi

06.08.2026 166
.

Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi

Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey

06.08.2026 181
.

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl

06.08.2026 350
.

TOP MP3