Ukraynalı zabit: "Xersonda Rusiya diversiya qrupları aşkarlanıb"
Azad edilmiş Xersonda Rusiyanın 3 diversiya qrupunun aşkar edilərək ələ keçirilməsi təsdiqlənib.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna Ukrayna ordusunun adının açıqlanmasını istəməyən zabiti məlumat verib.
"Xersonda diversiya qruplarının ələ keçirilməsi istiqamətində işlər aparılır. Xerson azad edildikdən sonra bir neçə qrupun ələ keçirilməsi barədə məlumat var. Amma ola bilər ki, Ukrayna kəşfiyyatı daha çox qrupu ələ keçirib, sadəcə bu barədə məlumat açıqlanmır. Rəsmi olaraq 3 qrupun ələ keçirilməsi təsdiqlənib. Çayı vaxtında keçməyə imkan tapmayan müəyyən qrup rus əsgərlərinin mülki geyimdə ərazini tərk etməyə çalışdıqları barədə də məlumatlar var", - o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları döyüşsüz Xerson şəhərini tərk edərək Dnepr çayının sol sahilinə keçib, indi isə onlar Ukrayna artilleriyasının zərbələrinə hədəf olmamaq üçün Dneprdən 10-15 km məsafəyə çəkiliblər:
"Ukrayna ordusunun ixtiyarında yüksək dəqiqliyi ilə seçilən HIMARS reaktiv yaylım atəş sistemləri var. Bu, düşmənin dərinliklərə zərbə endirmək imkanı verir. Bu reallıqlar şəraitində Rusiya qoşunları Zaporojye vilayətinin Melitopol yaşayış məntəqəsində möhkəmlənməyə çalışır. Bundan başqa, Mariupola da xeyli sayda Rusiya hərbçisi gətirilib. Bununla ruslar minimum Mariupol və Melitopolu əldə saxlamağa çalışırlar".
Xerson vilayətinin, təxminən, 60-70%-nin hələ də işğal altında olduğunu bildirən zabit deyib ki, Xerson şəhəri də daxil olmaqla Dnepr çayının sağ sahili vilayətin inzibati mərkəzidir, çayın sol sahili isə daha çox aqrar, çöllük, səhralıq ərazidir:
"Ərazi böyük olsa da, orada möhkəmlənməli heç nə yoxdur, on görə də düşmən Melitopolda möhkəmlənməyə çalışır. Təminat bazası olmadan çöllük ərazidə yaxın perspektivdə möhkəmlənmək mümkün deyil. Buna görə də onlar bir qədər geri çəkilməyə məcburdurlar. Düşmən Xersonu tərk etdikdən sonra şəhərətrafı ərazilərin atəşə tutulması haqqında xəbərlər almışıq. Genişmiqyaslı hücumların olmaması Ukrayna ordusunun onlara bu imkanı verməməsi ilə əlaqədardır. Çünki daha əvvəl ruslar artilleriya və "S-300"lərlə zərbələr endirirdilər. Zaporojye vilayətindən, Dnepr çayının sağ sahilindən təzyiqin olması, HIMARS-lardan istifadə edilməsi düşmənə güclü zərbələr endirməyə imkan vermir. Onlar yalnız dəqiqliyi yüksək olan silahlarla zərbələr endirə bilərlər, lakin bu silahların sayı azdır və qiymətləri çox bahadır. Ona görə də, Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatları düşmənə əl-qol açmağa imkan vermir".
Minalanmış ərazilərlə bağlı məlumat verən hərbçi bildirib ki, şəhərdə məktəblərin və inzibati obyektlərin minalanması hallarına çox rast gəlinir:
"Xerson vilayətində kiçik müəssisələr minalanıb. Lakin onların geri çəkilmək üçün vaxtları çox olmadığından minalanma çox primitiv şəkildə aparılıb və onların bir qismini adi gözlə də görmək mümkündür. Çernobayevka yaşayış məntəqəsində isə aşkarlanması çətin olan minaların sayı daha çoxdur. Burada onların bazası yerləşib və görünür onların bunun üçün vaxtı çox olub. Onlar özləri ilə apara bilmədikləri obyektləri, texnikanı minalayıblar. Bu səbəbdən minatəmizləmə fəaliyyəti davam etdirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888