Türkmənistan qazı uğrunda amansız mübarizə - ŞƏRH

Türkmənistan qazı uğrunda amansız mübarizə - ŞƏRHTürkiyə zəngin karbohidrogen resurslarına malik olan Türkmənistan hesabına yeni qaz mərkəzinin yaradılmasını qarşıya məqsəd qoyur.

Qlobal bazarlarda risklər artdıqca və inflyasiya təzyiqləri gücləndikcə iqtisadiyyatın enerji sektorunda habların "dünyaya gətirilməsi" də prioritet olaraq qalacaq.

Məsələ ilə bağlı "Kaspi" qəzetində şərh yazısı yayımlanıb.

Türkiyə bu cür mürəkkəb situasiyalarda enerji layihələri ilə həm geosiyasi və strateji əhəmiyyətini çoxaldır, həm də daxili tələbatını ödəyir. Ona görə də, rəsmi Ankara bu qabiliyyətin mövcud və perspektiv potensialından məharətlə yararlanaraq qlobal tərəzidə çəkisini ağırlaşdırır.

Türkiyənin addımları təbii ehtiyatlarla zəngin olan postsovet ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dekabrın əvvəli üçün planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılması müzakirə olunacaq.

Bu, Ankaranın alternativ marşrutlar üzrə axtarışlarının və tranzit imkanlarının araşdırılmasının göstəricisi olmaqla yanaşı Türkiyənin Mərkəzi Asiyadakı artan rolu üçün də strateji qazanclar təqdim edir.

Türkiyə Türkmənistan qazının Azərbaycan üzərindən idxalına nail olmaq istəyir, bu, prinsipcə Transxəzər layihəsinin formasını özündə ehtiva edir.

Lakin işin bir tərəfi qaranlıq olaraq qalır. Sirr deyil ki, uzun illərdir Rusiya Transxəzərə qarşı çıxır. Türkiyə bunu nəzərə alaraq Rusiya ilə güclənən əməkdaşlıq formatı çərçivəsində həmin layihədən Moskvanın da pay almaq istədiyinə eyhamlar vurur.

Ərdoğandan sitat: "Rusiya Prezidenti Vladimir Putin və ölkə rəsmiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək".

Açıq demək lazımdırsa, Türkmənistanın infrastrukturunda və ixrac şkalasında Rusiya əhəmiyyətli yer tutur. Moskva Qərbin Türkiyə vasitəsilə bu ölkədə güclənib şişmək arzularının qarşısında əngəllər törədir.

Türkiyə Rusiyanın rolunu nəzərə alaraq Türkmənistanla bağlı Moskva ilə kəskin qarşıdurma müstəvisinə getməkdən yayınır və bu duruş Kremli də birgə layihələrin icrasına təşviq edir.

Azərbaycan istənilən halda qazanclı çıxacaq

Enerji layihələrindəki böyük əllərin kim olmasından asılı olmayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkan səbəbindən Türkiyəyə, oradan da Avropaya yeni qaz xətlərinin çəkilməsində mühüm rolunu qoruyub-saxlayacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropaya ixracını Qərbin axtardığı səviyyəyə çatdırmaq üçün əlavə resurslara ehtiyac duya bilər ki, Türkmənistan qazı da bu işdə ən münbit mənbələrdən biridir.

Türkmənistan qazı uğrunda başlamış iqtisadi müharibə TAPI layihəsi ilə (Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan) daha da vüsət alır. Rusiya həmin layihəni Transxəzərin reallaşmaması imkanları səviyyəsində inkişafını dəstəkləyə bilən tərəf kimi görünür. Moskva çalışır ki, Aşqabad Avropaya qaz tədarükündənsə, Asiya regionuna diqqət yönəltsin.

Türkiyə ilə Azərbaycan isə elə mexanizm qurmaq istəyir ki, həm Türkmənistan qazı əldən çıxmasın, həm Rusiya buradan pay alsın, həm də Qərb öz nəsibinə qovuşsun.

Çünki Bakı ilə Ankara iqtisadi resurslara hakimlik etmək üçün aparılan savaşın regionun təhlükəsizliyinə təhdid formalaşdırdığını anlayır və indi maksimal balansla qütbləşmə tərəflərinin maraqlarını uzlaşdıran formul axtarır.

Türkmənistanın neft və təbii qaz ehtiyatlarının ixrac variantlarını diversifikasiya etmək planı Azərbaycan və Türkiyənin strateji müttəfiqlik maraqlarına cavab verir.

Ona görə Azərbaycan-Türkiyə-Türkmənistan enerji layihələrinə dair razılıq əldə edilməsi enerji təhlükəsizliyi və regionda müsbət hadisələr üçün mühüm töhfələr verə bilər.

Hələ ortada konkret bir üçtərəfli saziş olmasa da, Azərbaycanla Türkmənistanın enerji sahəsindəki əməkdaşlığı və bura Türkiyənin də qoşulması hər üç dövlətin beynəlxalq profilini və strateji əhəmiyyətini artıracaq.

Qərb Transxəzər layihəsinin başladılması və canlandırılması üçün əzmkarlıq, təşəbbüskarlıq göstərir, lakin ortaya tarazlığı öz xeyrinə dəyişdirə biləcək digər bir oyunçu – Çin çıxır.

Çinin Mərkəzi Asiyada böyüyən əzələləri və onun Türkmənistan qazının böyük əksəriyyətini idxal etməsi Rusiya-Qərb çəkişməsini başqa siyasi oyunlar sərhədinə doğru çəkir. Qərb də, Rusiya da indi çalışmalıdır ki, Çinlə bu sahədə maksimal tərəfdaşlıq əlaqələrini inkişaf etdirsinlər, çünki onların hər ikisi rəqib olsa da, bu nöqtədə həmrəydirlər ki, Pekin əlindəki iqtisadi alətləri kiməsə pay vermək niyyətində deyil.

Çində yarana biləcək qəzəbin kökü təkcə geosiyasi məsələlərdən doğan narahatlıqlar deyil. Pekin eyni zamanda başa düşür ki, Türkmənistanın Transxəzər layihəsində iştirakı Çindən bu ölkəyə axan investisiya mühitini korlayan presedent yarada bilər.

Çinin əlində təzyiq elementləri də var, böyük ehtimal ki, o, Türkmənistana verdiyi çoxmilyardlıq dollar kreditlərini geri qaytarmaq tələblərini amansızlaşdıra bilər.

Çinin Türkmənistandan aldığı qaz və yaranan mənzərə Aşqabad üçün enerji təhlükəsizliyində zəiflik durumu yaradır. Buna görə də Azərbaycanla Türkiyə mütləq şəkildə Pekinin geosiyasi oyun qaydalarındakı gücünü də nəzərə almalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

TOP MP3