Azərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTO
17-19 noyabr tarixlərində Türkiyənin Kırşehir Ahi-Evran Universitetində keçirilən 2-ci Beynəlxalq Ahi Evran İnteqrativ və Tamamlayıcı Tibb konfransında İbn Sinayla təbiətdən gələn şəfa təbliğ olunub.
BİG.AZ xəbər verir ki, Türkiyə, Özbəkistan, ABŞ, İsrail, İtaliya, Əlcəzair və digər ölkələrin fitoterapevt, apiterapevt, hirudoterapevt, akupunktur mütəxəssislərinin öz biliklərini paylaşdıqları tədbirdə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu Azərbaycanı təmsil edib.
İllərlə İnteqrativ Tibb sahəsində çalışan, bir çox xroniki xəstəliklərdə müsbət nəticələr alan, müxtəlif ölkələrdə Azərbaycanın fitoterapiya və apiterapiyasını istər media, istərsə də elmi dərgilər vasitələrlə təbliğ edən həkim immun sistemində doğru və yanlış istifadə edilən bitki və arı məhsullarının təsiri, eləcə də Azərbaycanda apifitoterapiyadan örnək olan, immunitet artıran "İmmunoset" məcununun tərkibinin araşdırılması və nəticələrinin dəyərləndirilməsi mövzusunda danışıb.
O, həmçinin, apiterapiya (arı və arı məhsulları ilə müalicə) və fitoterapiya (dərman bitkiləri ilə müalicə) mövzusunu apifitoterapiya şəklində birləşdirərək aldığı effektiv nəticələri müzakirə edib.
Azərbaycanlı həkimə Türkiyə Apiterapiya Cəmiyyətinin rəhbəri və Dünya Apiterapiya Konfederasiyasının prezidenti Dr. Ali Timuçin hoca tərəfindən Türkiyə Apiterapiya Dərnəyinin Fəxri üzvlük sənədi təqdim olunub.
İndiyə qədər ABŞ-ın farmakologiya jurnalında məqalələri dərc olunan Elnur Eldaroğlunun yazıları bundan sonra Türkiyənin də bir çox elmi-tibbi jurnallarında dərc ediləcək.
Hazırda İstanbul Medipol Universitetinin tədqiqatçısı olan həmyerlimiz ölkə xaricində də fitoterapiya sahəsini onlayn şəkildə tədris edir.
Qeyd edək ki, həkim-fitoterapevt Bakıda "Apimed" Təbii Üsullar Mərkəzinin Baş həkimi vəzifəsində çalışır.









Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1593 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 976 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 963 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 936 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 881 Gözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10.10.2026 817 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 800 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 750 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 577 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 621