Rusiyanın Polşaya raket atması hansı mesajı verir? - Ekspertdən AÇIQLAMA
"Rusiya raketlərinin Polşa ərazisinə düşməsini biz, təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya dəstək verən ölkələrin bu müharibədəki maraqları fonunda qiymətləndirməliyik. Təbii ki, indi Rusiya tərəfi əgər bunları bilərəkdən etmədiyini demək istəsə belə, bunu Ukrayna üzərinə yönəltməlidirlər".
Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
Ekspertin sözlərinə görə, Polşaya Rusiya raketinin düşməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub:
"Düşünürəm ki, Rusiya bunu etməklə də NATO-nun reaksiyasını test edir. Biz bilirik ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin Ukraynaya hərbi maliyyə, hərbi-texniki dəstəyi həyata keçirilir və əsas hərbi təminat yolları Polşadan keçir. Əslində bu raketlərin Polşa ərazisinə yönlənməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub. Yəni demək istəyir ki, "əgər siz bu dəstəyi davam etdirəcəksinizsə, sizə də qarşı bu raketləri tətbiq edə bilərik".
İkinci bir variantda isə, Şimali Atlantika alyansına daxil olan ölkələr həmin alyansa daxcxil olan Polşanı müdafiə etsə, Rusiya bunu, təbii ki, Ukrayna üzərinə atacaq, yaxud "yanlışlıqla olub" deyəcək.
Biz Rusiyanın atacaqları raketlərin dəqiq olmadığını, hədəfdən çox uzaq məsafələrə, fərqli hədəflərə gedəcəyini bilirik. Yəni Rusiya raket tətbiqi zamanı bəzən bir hədəfə atdığı halda başqa bir hədəfə düşüb. Ona görə də Şimali Atlantika alyansının müqaviləsində belə bir anlaşma var ki, hər hansı bir ölkənin ərazisinə təhdid və təhlükə yaranarsa, kollektiv cavab verilməlidir.
Rusiya əslində özü də bəyan edir ki, artıq NATO ilə əməliyyatlar fonunda döyüşür. Bu, o deməkdir ki, NATO-ya daxil olan ölkənin ərazisinə Rusiyanın raketinin düşməsi NATO-nun da marağında olacaq. Bunun qarşılığında Ukraynaya verəcəkləri silahların həcmini artıracaqlar.
Ona görə də düşünürəm ki, Rusiyanın bu zərbələri əslində birbaşa Ukrayna qüvvələrinə ciddi müqavimət göstərə bilməməsi səbəbindəndir. Yəni Rusiya istəyir ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin siyasi rəhbərlikləri müharibəni dayandırmaq üçün Ukraynanı məcbur etsinlər. Ukraynanın özündə, Kiyevdə və digər şəhərlərdə elektrik enerjisinin, mülki infrastrukturun bombalanmasının səbəbi budur. Polşaya da raketlərin atılması xüsusən Lvov üzərindəndir, çünki ora Avropadan gələn yolun üzərindən əsas texniki təminat mərkəzidir.
Bununla da Rusiya Ukraynanı elə vəziyyətə gərirməyə çalışır ki, Rusiya Dnepr çayı sahillərində mövqelənsin, müharibəni dayandırsın və artıq diplomatik masada dialoqlara çevrilsin.
Düşünürəm ki, Rusiyanın niyyəti bu olsa belə, qarşısındakı güc Rusiyanın çökməsi, ərazilərinin siyasi, iqtisadi qlobal güc statusundan düşməsi üçün müharibənin davamını itəyəcək. Bu ölkələr bütün maddi və hərbi imkanlarını ortaya qoyacaqlar ki, başlamışkən birdəfəlik Rusiyanın siyasi, hərbi gücünü əlindən alsınlar".
Xatırladaq ki, dünən Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1065 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 201 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 93 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 199 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 153 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 217 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 191 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 163 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 160 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 218