"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO

"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney" əyləncə parkında gəzintilər, filmlər və televiziya şouları üçün kostyumlar hazırlayan məşhur dizayner Elis Estes Devis 93 yaşında vəfat edib.

O, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Devis "Disney"in əfsanəvi "doqquz qoca"sından biri olan animator Mark Devis ilə evli olub.

Elis Estes 1929-cu ildə Kaliforniyanın Eskalona şəhərində anadan olub. O, 1947-ci ildə Los-Ancelesdəki Şuinard İncəsənət İnstitutunda, həmçinin animasiya öyrənmək üçün gecə məktəbində oxuyub. "Ağca xanım və yeddi cırtdan" (1937) və "Bembi" (1942) filmləri üzərində işləyən Mark Devis isə "Disney"in Şuinar meydançasında təlimatçı olub.

Estes təhsilini bitirdikdən sonra Los-Ancelesdəki "Beverly Vogue & Lingerie House" üçün qadın alt paltarı hazırlayıb, həmçinin bacarıqlı model yaradıcısı və parça mütəxəssisi kimi şöhrət qazanıb. Bir gün Devis ona zəng edərək "Yatmış gözəl"də (1959) Şahzadə Avrora rolu üçün (aktrisa Helen Stenli) geyim sifariş edir.

"Mark ətəyin rəqsdə hərəkətliliyini görmək istəyirdi. Bu mənim "Disney"dəki ilk işim idi", - deyə sonralar Elis xatırlayırdı.

1963-cü ildə Uolt Disneyin özü Elis Estesi 1964-1965-ci illərdə Nyu-York Dünya Sərgisi üçün Kiçik Dünya attraksionunda işə götürür. O, dizayner Meri Bleyrlə 150-dən çox kostyum üzərində işləyib.

Elis 2004-cü ildə "Disney əfsanəsi" adını alıb. Onun və həyat yoldaşının adı "Disneylend"də əsas küçədə bitişik pəncərələrə yazılıb. (Oxu.az)

"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1079   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.