Bütün dünya dərman olduğunu düşünürdü - Həqiqət 33 ildən sonra üzə çıxdı

Bütün dünya dərman olduğunu düşünürdü - Həqiqət 33 ildən sonra üzə çıxdı1918-1928-ci illər arasında enerji gətirən və cavanlaşdıran həblər çox yayılmışdı.

"Raditor" da o dövrdə ən çox istifadə edilən dərmanlardan biri idi. ABŞ-ın Nyu-Cersi ştatındakı "Bailey's Radium Laboratories" şirkəti Raditoru bazara çıxararkən enerji içkisi kimi təqdim etmişdi. 20-ci əsrin əvvəllərində radiumun gücü yeni kəşf edilirdi. Bu maddənin xüsusi parıltı yaydığı müəyyən edildikdən sonra bir çox sahədə tətbiq edilməyə başladı. Heç kimin onun zərərlərindən xəbəri yox idi, yalnız onun yaydığı işığa diqqət yetirirdi.

Marie Curie tərəfindən tapılan bu maddə qısa müddətdə ABŞ-da hər sahədə istifadə olunmağa başladı. Xüsusilə, rəngli hərflərlə yazılmış və gecələr görünən qol saatlarının satışı rekord həddə çatırdı.

İş o yerə çatdı ki, 1911-ci ildə İngiltərənin paytaxtı Londonda "Carradium Hair Restorer" adlı məhsul satışa çıxarıldı. Saçları düzləşdirən, parlaqlıq verən, canlandıran məhsul olduğuna dair reklamlar verilirdi və məhsul getdikcə populyarlaşırdı.

"Cavendish Radium" brendi təkcə saça qulluq məhsulları istehsal etməyib. Geniş çeşiddə məhsullara sahib olan şirkət, həmçinin radium kimi zəhərli maddədən diş pastaları, dəriyə qulluq kremləri, ətirlər istehsal edib. Təmas və ya inhalyasiya yolu ilə güclü təsir göstərməsə də, zəhərin qəbulu və ya qan dövranına yeridilməsi çox pis fəsadlara gətirib çıxara bilər. Əslində belə də oldu…

Eben Byers çox istedadlı həvəskar qolfçu idi. Onun əsas məşğuliyyəti sənayeçi idi. İdmançı olduğu üçün adi həyat tərzi keçirənlərdən daha çox orqanizmini gücləndirmək, formada olmaq kimi problemlər yaşayırdı. Ancaq faydalı və möcüzəvi olduğuna inanılan radium gələcəkdə onun ölümü olacaqdı.

Byersin ölümü ilə bir pərdə bağlanacaq və dünya onun "dərman" deyil, zəhər istifadə etdiyini görəcəkdi. Bəs Byersin başına nələr gəldi?

1927-ci ildə idman yarışında yaralanan 47 yaşlı Byers ağrılarını dindirmək üçün həkimə müraciət edir. Qarşısındakı həkim ona tez sağalmaq və ağrıları effektiv şəkildə aradan qaldırmaq üçün "Raditor"dan istifadə etməyi məsləhət görür. İlk istifadə etdiyi andan özünü çox yaxşı hiss edən Byers dərmanı uzun illər istifadə etməyə davam edir. Əvvəlcə bu dərmandan gündə 1 şüşə istifadə etdi, sonra bu doza gündə 3 şüşəyə qədər artırdı. Narkotika asılılığı olan Byers 1931-ci ilə qədər bu dərmanı ardıcıl 4 il istifadə edib. Ümumilikdə o, 1400-dən şüşədən çox "Raditor" istifadə etmişdir. Daxili orqanları parçalanan, bədənindəki bütün sinirləri əriyən, hətta sümükləri qırılan Bayersin xilası üçün bütün həkimlər səfərbər olur.

Bir ilə yaxın intensiv müalicə alan Byersin öz çənəsi radiumdan əriyir əvəzində ona protez çənə taxılır. Amma onun daxili orqanları da ciddi zədələnmişdi. Hətta bədənində dəliklər olan Byers bütün cəhdlərə baxmayaraq, 31 mart 1932-ci ildə çoxsaylı orqan çatışmazlığından vəfat edir.

Bu hadisədən sonra şirkət bağlanır. Lakin dərman bütün dünyada zərərli sayılsa da, müxtəlif adlar altında satılmağa davam edir. Byersin cəsədi də karantin zonasında qurğuşun tabutunda basdırılır.

ABŞ-ın Boston Massaçusets Texnologiya İnstitutunun (MIT) nüvə fizikası professoru Robley D. Evans 33 il sonra cəsədini eksqumasiya edərkən, Byersin bədənindəki ümumi radium səviyyəsinin təxminən 1000 μCi (37 MBq) olduğunu hesablamışdı. Bu isə bir insanın qəbul edə biləcəyi normadan dəfələrlə artıq idi.
Byersin ölüm səbəbi o dövrün terminologiyası ilə "radiasiya zəhərlənməsi" adlandırıldı. Lakin bu artıq "Kəskin radiasiya sindromu" deyil, xərçəng idi. "Raditor" bu ağır ölümə görə məsuliyyət daşıyırdı. Byersdən sonra radium üzərində araşdırmalar artdı və nəticədə "88" adlanan elementin əsl "siması üzə çıxdı". Raditor da bir daha istifadə olunmamaq şərtilə tarixin tozlu səhifələrində basdırıldı./sfera.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1301   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.