Dəfn mərasimi, yoxsa şou? - Qıcıq doğuran yeni "adətlər"

Dəfn mərasimi, yoxsa şou? - Qıcıq doğuran yeni "adətlər"Son vaxtlar dəfn mərasimlərində yeni "adətlər" peyda olub. Yəqin ki, siz də diqqət etmisiniz: xüsusilə tanınmış insanların və onların ailə üzvlərinin dəfn mərasimlərinə gələn bəzi şəxslər sosial şəbəkələrdə canlı yayımlar açıb, fotosessiyalar edərək, cəmiyyətin diqqətini öz üzərlərinə çəkməyə çalışırlar.

İnsanların kədərli anlarını şouya çevirən dırnaqarası blogerlərin dəfn mərasimlərinə gətirdiyi qondarma adətlər təəssüflər olsun ki, günün reallığına çevrilib və belə hallar getdikcə kütləvi hal almağa başlayır.

Sosial şəbəkə paylaşımlarına diqqət etsək görərik ki, insanların buna münasibəti birmənalı deyil. Bir çoxları "dəfn şou"larının yolverilməz olduğunu, bu kimi halların dünyasını dəyişən şəxsə və onun ailə üzvlərinə qarşı hörmətsizlik olduğunu düşünür. Lakin "burada nə var ki?" deyib, yasdan reklam tutanlara haqq qazandıranlar da az deyil.

Qıcıq doğuran yeni "adətlər"dən biri də cənazənin alqışlarla qarşılanıb, son mənzilə yola salınmasıdır. Axı bunu necə başa düşmək olar? Gözüyaşlı insanların çiyinlərində daşıdığı cənazəni alqışlamaq nə deməkdir?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, yas mərasimləri bütün mənalarda öz məcrasından çıxıb. Onun sözlərinə görə, artıq yas və toy məclislərini tənzimləmək lazımdır:

"Dəfn mərasimləri, toylar protokollaşdırılmalıdır. Bəzi Orta Asiya respublikalarında olduğu kimi yas mərasimləri və digər tədbirlərin tənzimlənməsi üçün müəyyən normativ hüquqi aktlara ehtiyac var. Bununla bağlı qaydaların formalaşdırılması vacibdir, çünki bu proseslər tənzimlənmədikcə, xoşagəlməz halları daha çox müşayiət edəcəyik. Bəzən yas mərasimlərini kimlərsə şouya çevirmək istəyir, əllərində kamera canlı yayımlar edirlər. Yaxını vəfat edən şəxs bilmir ki, yasını keçirsin, yoxsa belə insanlarla məşğul olsun. Xüsusilə də şəhidlərin anım mərasiminin sırf dini mərasimlərə çevrilməsi cəhdlərini görürük. Yas mərasimləri tənzimlənmir, buna görə də xoşagəlməz hallar baş verir. Hər kəs bundan narazı və narahatdır, amma addım atılmır".

Deputat qeyd edib ki, bu gün hamı yas və toy mərasimlərindəki israfçılıqdan əziyyət çəkir:

"Bir yas mərasimini keçirmək üçün ən azı 20 min, ən çoxu isə 100 min manat vəsait xərclənilir. Ölkədə ən gəlirli sahələrdən biri mərasim evlərinin işlədilməsidir. İsrafçılıq bizi uçuruma aparır. Azərbaycanda yaslar elə vəziyyətə gəlib ki, sanki toy mərasimidir. İnsanlar bundan narazıdır, amma prosesi tənzimləmirlər. Ancaq biz müdaxilə etməliyik ki, yas mərasimlərində süfrədə nə olsun. Çünki xalq, millət olaraq inzibatçılığa meyilliyik. İnsanlar gedib borc, kredit götürür ki, yaslarını yola versinlər. Bakıda qəbiristanlıqda yerin qiyməti 4-5 min manatdır. Yas mərasimində çay süfrəsi və xurma yetərlidir. Yasa gələn 99% insanın o süfrədəki yeməyə ehtiyacı yoxdur".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli isə vurğulayıb ki, yas mərasimləri sadə olmalı, israfçılığa yol verilməməlidir:

"Yasda şan-şöhrət güdülməməlidir. İsrafçılığa yol vermək olmaz. Məncə, yas mərasimləri məcrasından çıxıb demək olmaz, amma dəyişən bəzi şeylər var".

Din xadimi dəfnin canlı yayımla nümayiş etdirilməsinə də münasibət bildirib:

"Düzdür, dində bu məsələ ilə bağlı hər hansı qadağa yoxdur. Ancaq yaxınını dəfn edən birinin ürəyi yanır, fəryad edirsə, ağlayırsa, belə görüntülərin çəkilməsi doğru deyil. Hər bir halda dəfn zamanı canlı yayım məhdudlaşdırılmalıdır. Dünyadan köçən birinin alqışlarla yola salınması isə dini qaydalara aid deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1186   Tarix: 22 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.