Ərinin ölümünə dözmədi, kazinoya getdi, vətəndən uzaqda vəfat etdi - Ruhəngiz Qasımova haqqında maraqlı faktlar

Ərinin ölümünə dözmədi, kazinoya getdi, vətəndən uzaqda vəfat etdi - Ruhəngiz Qasımova haqqında maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən bu günlərdə dünyasını dəyişən, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Valideynləri razı olmasa da, o, musiqi sahəsinə istiqamətlənib. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

***

Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur. O, "Yollar görüşəndə", "Ömrün yolları", "Qonşu qonşu olarsa" və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.

"Qonşu qonşu olarsa" tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım tamaşa üçün lazım olan rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:

"Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim".

Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Həmin günlərdə isə Yuri Qaqarin kosmosa uçub. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:

"Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik".

Ruhəngiz Qasımova çox gec 75 yaşı olanda, Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:

"Musiqi bəstələyəndən sonra hücum çəkirəm yazı masama və makinama. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm. Fikrət Qoca mənə zəng edib təzə mahnı mətnlərini deyir. Bizim işləmək prinsipimiz çox orijinaldır. O bilir ki, mən makinadan çıxan mətn ilə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o gərək diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir "Soverşenno sekretno", "Sobesednik" və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Sonra mən nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən "azartnı" adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.

Bəstəkar bir çox müğənnilərlə iş birliyində olub. Son dövrlər isə o bəyəndiyi müğənnilərin adını çəkərkən bu siyahıya Rəqsanəni də əlavə edərək onun çox gözəl səsi, amma az savadı olduğunu deyib.
***

16 dekabr 2021-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov vəfat edib.

Ruhəngiz Qasımova ötən gün 82 yaşında vəfat edib. Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın sözlərinə görə o, Honq-Konqda yaşayan qızının yanında vəfat edib:

"Təxminən, 20 gün öncə qızının yanına - Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki oradan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar".

***

Bəstəkar son illər qatıldığı verilişlərin birində özü haqqında belə deyir:

"Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 986   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.