Bakının ən bahalı müğənnisi - Rusiyada toy tutmaq niyə sərfəlidir?

Bakının ən bahalı müğənnisi - Rusiyada toy tutmaq niyə sərfəlidir?Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı danışıb.

BiG.AZ xəbər verir ki, fikirlərini Musavat.com-a bildirən müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib. "Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur".

Bəs başqa daha hansı azərbaycanlı müğənnilər Rusiyada çörək qazanır? Afət Fərmanqızı düzmü deyir? Doğrudanmı Azərbaycanda müğənniyə az dəyər verilir? Bakıda hazırda ən bahalı toy müğənnisi kimdir?

Xatırladaq ki, bundan öncə də Rusiyaya qazanc dalınca gedən bir neçə müğənnimiz oradakı toy qiymətlərindən razılıq edib, sənətçilərə böyük dəyər verildiyini bildirmişdi. Onların arasında Rusiyada biznes quranlar da var. Məsələn, Əməkdar artist Könül Kərimova ötən il bu mövzuda açıqlama verərkən bildirmişdi ki, Rusiyadakı toylar Azərbaycandakından daha bahadır: "Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".

Müğənni bu açıqlamasının ardından sosial şəbəkədən Moskvada biznes qurduğunu, orada xına evi açdığını bəyan etmişdi.

Müğənni Rəqsanə isə artıq uzun müddətdir ki, Rusiyada yaşayır. Sənətçi ötən il pandemiya səbəbindən Rusiyaya üz tutan həmkarlarına qısqanclıqla yanaşaraq, bir neçə dəfə qalmaqallı açıqlamalar vermiş, Rusiyaya gələn bəzi sənətçilərin "göyərti qiymətinə" toy tutduğunu və yaxud qeyri-əxlaqi hərəkətlər etdiyini bildirmişdi. Onun bu cür açıqlamaları elə həmkarları tərəfindən tənqid edilmişdi.
Ətraflı

İki ilə yaxındır ki, oğlu ilə birlikdə Rusiyaya köçən Fədayə Laçın da bu ölkənin toy bazarına daxil olmaqla yanaşı, həm də özünə biznes quraraq, restoran açıb. Müğənni televiziya proqramlarının birinə verdiyi açıqlamasında bildirmişdi: "Əlhəm üçün restoran açdım. Dedim ki, onun da bir işi olsun. Əlhəm filoloqdur. Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm. Buna görə də biznesdən başlayaq. Əlbəttə, özüm üçün də belə məkan lazımdır, məşqlər edirəm. Məclislərimiz də, konsertlərim də burada olur".

Eləcə də Tacir Şahmalıoğlu, Zemfira İbrahimova, Üzeyir Mehdizadə, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Əməkdar artist Mətanət İsgəndərli, Nadir Qafarzadə pandemiya dövründə qazanc dalınca tez-tez Rusiyaya gedən sənətçilərdir.

Bir müddət Rusiya toy bazarına qatılan müğənni Pərvin Səfərov Rusiyada sənətçilərimizin qazancı, ən bahalı müğənninin kim olması, kimlərin monopoliya yaratması haqda gizlinləri "Yeni Müsavat"a bölüşüb: "Bəli, doğrudan da Rusiyada toylarda yüksək məbləğ verirlər. Məsələn, adi Bakıda 100 manata oxuyanlar Rusiyada 3 dəfə artıq, 300 manat alır. Amma düşünməyin ki, Rusiyaya qazanc dalınca gedən kimi səni toya salırlar, bunun üçün mütləq ya çox tanınan olmalısan, ya da oradakı musiqiçilərlə əlaqədə olmalısan. Bir də ki, oradakı monopoliya məsələsi Bakıdakından daha güclüdür. Bildiyiniz kimi, mən pandemiya dövründən əvvəl ora getmişdim və pandemiya düşən kimi sənətçilərimiz ora axın etdilər. Bu zaman arada rəqabət, qisqanclıq, paxıllıq böyüdü. Xatırlayırsınızsa, müğənni Rəqsanə Bakıdan gedən müğənniləri "gözü götürmürdü". Çünki gənc müğənnilər ondan və digərlərindən daha yaxşı qazanc əldə edirdi. Nəticədə Rəqsanə həmin müğənnilər barəsində qeyri-etik ifadələr işlətdi, bəzən isə şər-böhtan atdı.

Orada daha bir məsələ var, bəzən görürsən ki, Azərbaycanda heç cürə tanınmayan bir müğənnini elə təqdim edirlər ki, şoka düşürsən. Təbii ki, bunun üçün səni təqdim edən adamı yaxşı "görməlisən". Yəni güclü monopoliya var. Bəzi müğənnilərimiz restoranların administratorlarına və yaxud musiqiçilərinə əvvəldən pul, şirinlik verir ki, toy olanda onu çağırsınlar. Hazırda isə Rusiya toy bazarında durğunluq var. Ora qazanc dalınca gedən, hətta biznes quran sənətçilərimiz artıq Bakıdadır, işlərini burada qurmağa başlayıblar. Məsələn, Rusiyada Fədayə Laçın kimi sənətçi indi toylara getmir, yalnız ayda 1-2 toy olar, ya olmaz. Biznesini isə artıq təhvil verib, restoranı daha yoxdur".

Pərvin Səfərov Rusiyada daha çox qazanan və tələb olunan müğənnilərin kimliyini də açıqlayıb: "Orada daha çox Gürcüstan azərbaycanlıları və yəhudilər azərbaycanlı sənətçiləri öz toylarına dəvət edirlər. Məsələn, hazırda Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Vəfa Şərifova tələb olunan müğənnilərdir ki, onlar da demək olar ki, Gürcüstan azərbaycanlılarının toyuna gedir. Rusiyada daha çox musiqiçilərlə deyil, gərək camaatın özü ilə əlaqədə olasan. Çünki qeyd etdiyim kimi, onlar yalnız onlarla işləyən, əlaqədə olan müğənniləri çağırırlar".

O ki, qaldı hazırda Bakıda ən bahalı toy müğənnisinin kim olmasına, hazırda müğənnilərin təxmini toy qiymətləri aşağıdakı kimi qeyd olunur. Onu da əlavə edək ki, bu qiymətlər bütöv toyun aparılmasına aiddir: Vasif Məhərrəmli - 10 min, Sevda Yəhyayeva - 9 min, Nurlan Əzizbəyli - 5 min, Brilyant Dadaşova -15 min, Tünzalə Ağayeva - 15 min, Zamiq - 10 min manat, Nuri Sərinləndirici - 16 min, Abbas Bağırov - 16 min, Faiq Ağayev - 15 min, Nadir Qafarzadə - 10 min, Xatirə İslam - 10 min, Samir Piriyev - 9 min, Xatun - 7 min manat.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2107   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 895
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 490
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 750
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 619
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 612
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 165
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 419
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 763
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 1039
.