Ayan: "Qisasım bu cür insanları həyatımdan blok etməkdi" - VİDEO
"Anamın yaxşı sözü var - Allaha özünü kabab yeyən kimi tanıt ki, sənə onun ruzusunu versin. Hər gün səhər yuxudan oyananda, aynanın önünə keçib, deyirəm ki, sən çox gözəlsən, uğurlu qadınsan, güclü, sağlam, şanslı, çox varlı qadınsan. Bundan sonra da daha da varlı və xoşbəxt olacaqsan".
BiG.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi problemli dostlardan uzaq gəzdiyini bildirib:
"Bahalı həyat yaşamaq üçün birinci ağıllı olmaq lazımdır. Heç kim səndən və hisslərindən istifadə etməməlidir. Sən əgər bu gün məntiqsiz və yalnız duyğularınla hərəkət edən insansansa, fərqi yoxdur kişi və ya qadın, sən batacaqsan, məhv olacaqsan. Mənim əgər bu gün yaxşı dostlarım, çevrəm varsa, yaxşı tərəfdən bəhrəsi olmalıdır. Yoxsa ancaq dostumun problemim varsa və məni öz problemi ilə özü ilə birlikdə bataqlığa çəkirsə, onu nə qədər çox istəsəm də, ondan uzaq düşəcəyəm. Deyəcəyəm ki, məni bağışla, amma mən özümü hamıdan çox istəyirəm. Sağ ol, sənə öz bataqlığında uğurlar".
Ayan münasibətlərdə özünü qurban vermədiyini də açıqlayıb:
"Mən sevən şəxs axtarışında deyiləm. "Məni hər kəs sevməlidir"in də axtarışında deyiləm. Önəmli olan dəyər verdiyim insanın mənə dəyər verməsidir. Dəyərli, sevdiyim, doğma insan əgər görsəm ki, hisslərimdən sui-istifadə edir, dərhal o insandan uzaqlaşacağam. Heç kimə özümə qurban verməmişəm.
Bundan sonra da elə bir niyyətim yoxdur. Ayan məni sevir, məndən ayrılmayacaq, səbr edəcək deyə, bir şey yoxdur. Ayan ümümiyyətlə belə qadın deyil. Mənim bir qisasım var, bu cür insanları həyatımdan blok etmək, uzaqlaşdırmaq və bir daha yaxınlaşdırmamaq".
O, həmçinin heç kimə ikinci şans vermədiyini söyləyib.
"Mən bir şəxslə dostluğumu bitirirəmsə və ya həyatımdakı bir insanla münasibətimi bitirirəmsə, ikinci dəfə onu həyatıma gətirmirəm. Bu, ən böyük səhvim olar. Çünki bir dəfə bağışlamışamsa, ikinci dəfə bunu etmək lazım deyil. Əgər kimsə bir səhvi növbəti dəfə təkrarlayırsa, o axmaqdır. Bir insan sənə zərər vurur, səndən uzaqlaşır, sənin həyatını, psixologiyanı, duyğularını, hisslərini məhv edirsə, sən o şəxsi ikinci dəfə həyatına necə gətirə bilərsən? Bu insan səni məhv edib getdi".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək
01.11.2026 619 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 834 "Dərddən şəkərim qalxdı"
Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə
31.10.2026 490 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 750 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 489 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 897 Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il
01.11.2026 796 "Hürrəm" ilk dəfə Bakıdadır - Video
Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik
04.11.2026 585 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 531