Əri onu hamilə halda döyüb küçəyə atdı, kliniki ölüm keçirib morqda qaldı - Roza Zərgərli haqqında bilmədiklərimiz...

Əri onu hamilə halda döyüb küçəyə atdı, kliniki ölüm keçirib morqda qaldı - Roza Zərgərli haqqında bilmədiklərimiz...BiG.AZ Kulis.az-a istinadən müğənni-aktrisa Roza Zərgərli haqqında maraqlı faktları təqdim edir.

Roza Zərgər qızı Allahverdiyeva 27 mart 1979-cu ildə Rusiyanın Tumen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində doğulub.

***

Təhsil aldığı 7 illik musiqi məktəbini, musiqi texnikumunu və Musiqi akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Bütün bu musiqi təhsilləri ilə kifayətlənməyən Roza Zərgərli İncəsənət və Mədəniyyət universitetinin rejissorluq fakultəsinə daxil olub. 2007-ci ildə oranı da fərqlənmə diplomu ilə başa vurub.

***

2005 və 2015-ci illər ərzində "Adam ol" və "100 kağız" filmlərinə, 2013-cü ildə isə "Tək olanda qorxma" serialına çəkilib.

***

Müğənni iki dəfə ailə qurub. İlk dəfə 17 yaşında ərə gedib və 21 yaşında boşanıb. 27 yaşında ikinci dəfə ailə həyatı qurub. Lakin onun bu nikahı da uğursuzluqla nəticələnib.

İkisi qız, ikisi oğlan olmaqla dörd övladı, bir nəvəsi var. Yalnız Bənövşə öz doğma qızıdır. Corc və Jerarın atası latviyalıdır, rəhmətə gedib.

***

O, müsabiqələrinin birində övladlığa uşaq götürdüyü barədə belə deyir:

"Mən övladlığa uşaq götürəndə hələ Ancelina Coli bunu etmirdi. Mənim əkiz övladım olub, Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib. Böyük oğlumu setdə görmüşəm. Çox istedadlı gəncdir. Onu görən andan düşündüm ki, bu, mənim oğlumdur. Çünki mənim oğlum sağ qalsaydı belə olardı. Qızım Nətavanı övladlığa götürdüyüm 7 il idi. Ad günü yaxınlaşırdı deyə, hansı hədiyyəni istədiyini soruşdum. O da dedi ki, anamın kim olduğunu, məni niyə atdığını bilmək istəyirəm. Mən o qadını tapdım, rus idi. Onları tanış etdim. Bir gün klip təqdimatından qayıdanda gördüm ki, Natəvan məni atıb, anası ilə gedib. Bu mənim üçün növbəti zərbə oldu. Həmin gündən sənətdən getdim, dostlarımın arasından itdim. Bir gün şəhərdə gəzərkən kiminsə "Mamıçka" deyə səsləndiyini eşitdim. Geriyə dönəndə gördüm ki, qızım və anasıdır. Qeyri-ixtiyarı diz çökdüm. Mənə elə gəldi ki, yer ayrılıb, içərisinə girmişəm. Biz barışdıq, mən onu başa düşdüm.

Corcla eyni filmə çəkilirdik. Çox xoşuma gəldi. O, bir dəfə bildirdi ki, Roza xanım, mən uşaq evində böyümüşəm. Ona ilk sözüm "Sən mənim oğlumsan" cümləsi oldu. Corcu övladlığa götürəndə bilmirdim ki, qardaşı da var. Bir gün zəng gəldi ki, Corcun anası gəlib yanına və o, xəstə qadındır. Ona kömək edib, xəstəxanaya yerləşdirdim. Ruhi xəstə idi, uşaqlarından başqa heç kimi tanımırdı. Orada öyrəndim ki, Corcun Jerard adlı qardaşı başqa uşaq evində böyüyüb. Oğullarımın anası Leyla mənə dedi ki, səni tanıyıram, müğənnisən, adın da Leyladır. O, bunu mənə deyəndə şoka düşdüm, çünki adımın Leyla olduğunu bilən yox idi. Daha sonra o, dünyasını dəyişdi".
***

Roza Zərgərli həyatında bir neçə dəfə ölümlə üzləşib. Bir dəfə o, atası və anası TV-i izləyərkən gizlincə mətbəxə keçib və oradakı qidanı yeyib. Bundan zəhərlənən Roza 9 gün komada qaldıqdan sonra kliniki ölüm keçirib. Morqa aparılıb. Daha sonra atasına xəbər verilib ki, qızınız ölüb. Atası qızının meyitini Tovuza gətirəcəyini deyib.

Müğənni isə başına gələn hadisəni belə nəql edir:

"Həmin qidadan atam da, anam da yemişdi. Onlara heç nə olmamışdı. Ancaq mən zəhərlənmişdim. Yatdığımı xatırlayıram, oyananda isə morqda idim, hər tərəf bəyaz rəngdə idi".

***

Roza Zərgərlinin ikinci dəfə ölümlə üzləşməsi isə bacısı və qardaşı ilə eyni avtomobildə qəzaya düşməsi zamanı baş verib. Qardaşı maşın sürərkən Roza əkiz bacısı ilə ön oturacaqda oturmaq üstündə mübahisə edirlər. Amma nəticədə ön sıraya Roza keçib. Yolda isə ağır qəza baş verir. Bu zaman Rozanın arxada olan əkiz bacısı vəfat edir.

Müğənni bir neçə dəfə ölümdən dönsə də, həyatının sonrakı mərhələlərində intihara təşəbbüs edib. O, termometri qıraraq içərisindəki civəni udur ki, ölsün, amma xoşbəxtlikdən ona heç nə olmur və o, sağ qalır.

***

Roza xanım qızının atası ilə beş il ailəli olub. Ancaq həyat yoldaşı ilə fikirləri bir-birlərinə uyğun olmadığından ondan ayrılmaq qərarına gəlib. Hətta həyat yoldaşı onu hamilə vəziyyətdə döyərək küçəyə atıb. Bu barədə müğənni deyir:

"Səhər 6-da işə gedəndə qapını açanda döşəməyə yıxıldım. Qonşuluqda yaşayan rus qadının köməkliyi məni xəstəxanaya apardılar. Birinci qızım Bənövşəni, sonra oğlumu dünyaya gətirdim. Çoxlu qan itirmişdim. Əməliyyat olundum. Uşaqlar 12 saata dünyaya gəlmişdi. Özümə gələndə dedilər ki, uşağın biri yoxdur. O, cəmi bir neçə saniyə həyatda qala bilmişdi. Dedilər ki, sağ qalmağınız möcüzədir. Üz-gözüm qan içində idi, toz-dərmandan götürüb ağzıma doldurdum. Bir neçə saniyə sonra öləcəkdim, ancaq bu dəfə də alınmadı".

Roza Zərgərlinin sözlərinə görə Xalq artisti İlhamə Quliyeva vaxtilə onun sənətə gəlməsinə mane olub:

"Vaxtında mənim yolumu kəsən İlhamə Quliyeva olub. Məni görəndə, "canım atəşim" deyirdi, kənarda yolumu kəsirdi. Bunun şahidləri də var. Onunla oxşamıram, çünki sənətə addım atandan hər kəsə əl tutmuşam. Bilirlər ki, sözümün kəsəri var. Danışanda haqqına danışıram. Bir şey məni narahat etmirsə, niyə onun haqqında danışıram? Ona görə də bu günə kimi bu haqda danışmırdım".

***

Roza Zərgərli bir neçə bioqrafik romanın müəllifidir. Onun "Sibir çiçəyi" adlı avtobioqrafik romanı 2018-ci ildə "Kaysın Kuliyev" adına ordenə layiq görülüb. Müğənni "Serta Avrazisi", "Ural mono", "Vostoçnıy bazar", "Türk pop estrada etnik musiqi festivalı", "Abakan" musiqi festivalı, "Meykin Aziya", "Sarı Arka" jaz festivalının laureatı olub. Bu günə kimi tədbirlərdə təşkil və iştirakına görə 678 fəxri diplomlara layiq görülüb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2403   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.