"Qızlar ana bətnində olarkən ayrı-seçkiliyə məruz qalırlar" - MÜSAHİBƏ

"Qızlar ana bətnində olarkən ayrı-seçkiliyə məruz qalırlar" - MÜSAHİBƏElgün Səfərov: "Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər yaş mərhələsində malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilərlər"

11 oktyabr Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Təəssüflər olsun ki, qız uşaqları ilə bağlı ölkəmizdə də problemlər mövcuddur. Bu gün ən böyük problem isə dünyaya gələn uşaqlar arasında cins nisbətinin pozulmasıdır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 çox olacaq.

Qız uşaqlarının problemi və görülən işlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzvə Komitəsinin üzvü Elgün Səfərov "Kaspi" qəzetinə müsahibə verib.

"Qızlar hər gün diskriminasiyaya məruz qalırlar"

- Elgün bəy, bəziləri qızlar gününün keçirilməsini kişilərə haqsızlıq hesab edir. Bu gün nə üçün var?
- Bu il qızlar gününün 10 illiyi qeyd edilir. Bu günün məqsədi diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər yaş mərhələsində malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilərlər. Təəssüf ki, dünyanın bir çox yerlərində qızlar hər gün diskriminasiyaya məruz qalırlar. Hazırda biz qızlarla bağlı bu problemi gördüyümüz üçün onunla mübarizə aparırıq. Burada kişilərə qarşı ayrı-seçkilik yoxdur.

- Cins nisbətinin pozulması ilə bağlı açıqlanan statistika çox acınacaqlıdır. Bizi bu siyahıda lider edən səbəb nədir?
- Azərbaycanda müstəqillik illərindən sonra patriarxal stereotiplər inkişaf etdi. Bu stereotiplərin inkişafı qız-oğlan nisbətinin pozulmasının əsasını qoydu. Məsələn, 1990-cı ildə Azərbaycan əhalisinin 51,7 faizi qadınlar idisə, 2022-ci ilin yanvar ayında bu rəqəm 50.1-dir. 1,6 faizin dəyişməsi 100 minlərlə əhalinin dəyişməsinə gətirib çıxardı. Bu, selektiv abortların nəticəsi idi. Bu gün Azərbaycan qızları hələ dünyaya gəlməmiş, ana bətnində ayrı-seçkiliyə məruz qalırlar. Ölkədə daha çox qadın cinsinə məxsus ikinci və növbəti uşaqların abort etdirilməsi müşahidə olunur. Bu da demoqrafik vəziyyətin dəyişməsinə, əhali artımının azalmasına gətirib çıxaracaq. Selektiv abortların qarşısının alınması ilə bağlı işlər görülür, ilbəil tədbirlər keçirilir. Sevindiricidir ki, son 3 ildə yanaşma dəyişib. Təhsil və qeyri-ənənəvi sahələrdə qadınların çoxalmasını müşahidə edirik. Arxitektura, şəhərsalma sahəsində, texniki peşələrdə qızların təhsili üçün müraciətlərin sayı çoxalıb.

"Bununla bağlı 1 dənə də olsun cinayət işi yoxdur"

- Maarifləndirmə var. Lakin bu rəqəmlər azalmaq əvəzinə artır. Mübarizə üçün hansı yol izlənməlidir?
- Selektiv abortlarla bağlı mütləq şəkildə xüsusi məsuliyyət növü müəyyənləşdirilməlidir. Məsələn, Cinayət Məcəlləsində olan müddəalar çərçivəsində maddəyə "selektiv abortların aradan qaldırılması ilə bağlı" cümləsi yerləşdirilməlidir. Selektiv aborta təhrik edən və bunu həyata keçirən cəzalandırılmalıdır. Beynəlxalq təcrübədə məsuliyyət müəyyənləşdirilib, hətta bunu edən şəxs azadlıqdan məhrum edilə bilir. Maarifləndirmə ilə yanaşı, burada xüsusi məsuliyyət növü olmalıdır. Səhiyyə müəssisəsində qadınla psixoloq söhbət aparmalı, selektiv aborta kimin təhrik etdiyi öyrənilməlidir. Beynəlxalq praktikada da, bizdə də uşaq birinci qız olanda, bəxti gətirir, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faizi abort edilir. Biz maarifləndirmə ilə yanaşı, şəxsi cinayət məsuliyyətinə cəlb etməsək, problemi aradan qaldıra bilməyəcəyik. Bu təcrübəni uşaq nikahları ilə bağlı gördük. 2012-2020-ci illərdə uşaq nikahlarının sayı 10 dəfə azaldı. Çünki məsuliyyət növü müəyyənləşdi. Cinayət Məcəlləsinin 176--ci maddəsində 4000 manata qədər cərimə, 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Hansısa rayonda bir nəfər məsuliyyətə cəlb edildikdə, digərlərinə görk olur. Cəza metodu maarifləndirmə ilə bir yerdə olmalıdır ki, cins nisbətinin də pozulmasının qarşısını ala bilək.

- Axı Cinayət Məcəlləsində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməklə bağlı 154-cü maddə var. Nə üçün işləmir?
- Bəli, var. Təəssüflər olsun ki, bu maddənin norması ilə bağlı 1 dənə də olsun cinayət işi yoxdur. Selektiv abortlarla bağlı statistika aparılmır. 154-cü maddə ilə bağlı tətbiqetmə yoxdur. Abortlarla bağlı da bir müddəa var, lakin gender komponenti o maddədə qeyd edilməyib. Ona görə də onunla bağlı sanksiyalar müəyyən edilmir. Bu gün selektiv abortların aradan qaldırılması ilə bağlı beynəlxalq ekspertlərlə, BMT-nin Əhali Fondu ilə birlikdə daha güclü maarifləndirmə işləri aparırıq. Lakin məsuliyyət növü tətbiq edilməlidir. Tətbiq edilməsə, biz istədiyimiz nəticəyə gələ bilməyəcəyik. Qız, oğlan uşağı fərqi olmamalıdır. Bu gün qızlarımız var ki, inkişaf etmiş ölkələrdə təhsil alır, işləyir. Onlar bizim səsimizdir. Bu ayrı-seçkiliklə cəmiyyət olaraq, mübarizə aparmalıyıq.

- Bəzən selektiv abortla abort qarışdırılır. Abort qadının hüququ deyilmi?
- Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Qadının seçimi qorunmalıdır. Əgər bu öz seçimidirsə və qanunvericiliklə müəyyən olunmuş dövrdə edilirsə, problem deyil. Cinsiyyət aborta göstəriş ola bilməz. Tibbi göstərişlər sırasında da cinsiyyətə görə aparılan abort qeyri-qanuni hesab olunur.

"Qızıma da, oğluma da boks əlcəkləri almışam"

- Elgün bəy, sizin də qızınız var. Atanın qız uşağının həyatındakı rolu nədən ibarətdir?
- Atanın ailədəki rolu uşağın psixoloji və fiziki sağlamlığı üçün çox önəmlidir. Bu gün ailələrdə səhv davranışlardan biri atanın övladı ilə ünsiyyəti ana vasitəsilə qurmasıdır. Ata körpəlikdən qızına oğlanla yanaşı bərabər imkanlar yaratmalıdır. Ata övladına dəstək olmalı, onunla vaxt keçirməlidir. Məsələn, ata ilə qızının ev tapşırığı etməsi uşağa mənəvi güc verir. İstər qız, istərsə də oğlan ata obrazını tanımalı, sevməlidir. Ata övladın nəzərində yalnız qaydaları müəyyənləşdirən, avtoritet rolunda olmamalıdır.

- Adətən insanlar düşünür ki, oğlanla ata, qızla ana məşğul olmalıdır?
- Bəli, bu stereotiplər var. Deyirlər ki, ata oğluna nümunədir, ana qızına. Bu düşüncə kökündən yanlışdır. Ata qızı üçün də nümunə olmalıdır. Ana ilə yanaşı, ata da uşağın həyatı, günü, dərsləri haqqında maraqlanmalıdır. Məsələn, bəzi atalar idman hərəkətlərini ancaq oğlu ilə edir, qızına yaraşdırmır, çünki zərif hesab edir. Xeyr, bu, belə olmalı deyil. Ata qızını da idmana təşviq etməlidir.

- Siz qızınızla bunu edirsiniz?
- Bəli, mən qızıma da, oğluma da boks əlcəkləri almışam. Hər ikisi mənimlə bərabər çalışırlar. Məsələ o deyil ki, uşaqlarımız peşəkar idmançı olsun. Məqsəd onun da qardaşı kimi bərabər imkanlara malik olmasını dərk etməsidir. İstər təhsildə, istər idmanda, istərsə də incəsənətdə oğlana göstərilən diqqət eynilə, qıza da verilməlidir. Uşaqların gələcəyini necə qurmasında təkcə məktəb, ətraf deyil, ailəsi də böyük rol oynayır. Valideynin ona inamı, psixoloji dəstəyi vacibdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 813   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.