İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunub

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunubBu gün Vətən müharıbəsində şanlı Orduzun işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyev tez-tez işğaldan azad edilmiş bölgəyə səfərlər edərək görülən işlərlə maraqlanır, hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur. Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri bunun əyani təsdiqidir.
Ağdam işğal dövründə ən cox zərər çəkmiş rayonlardandır. Şəhər tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Şəhərdəki dağıntıların şahidi olan xarici nümayəndə heyətlərinin üzvləri və jurnalistlər onu "Qafqazın Xirosiması" adlandırıblar.
Ona görə də oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Ağdamda keçirilməsi heç də təsadüfi deyildir. 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyətinin qatıldığı bu mötəbər forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişlər.
Ölkə başçısı Forumdakı çıxışında Ağdamın və digər şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığının xüsusi vurğulamışdır. Qeyd edilib ki, bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi Ermənistan dövlətinin müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdməsi idi. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
Forumda qeyd edildi ki, bu qarşımızda deran ən ciddi problem Ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırmalarıdır. Hazırda genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Ermənilərin Azərbaycan tərəfinə təqdim etdikləri mina xəritələrinin isə yalnız 25 faizi həqiqətə uyğundur.
Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti, bərpa işlərinə başlanılıb. artıq məcburu köçkünlərin birinci qrupu öz döğma yurdlarına köçürülüb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunur və artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb.
Təkcə Ağdam rayonunda həyata keçirilən işlərə nəzər salaq. Uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolunun çəkilməsinin 75 faizi icra olunub. Həmçinin ölkə başçısının Ağdama səfəri günlərində rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Ölkə başçısı Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Bu kənddə 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Ağdam rayonunun Kəngərli kəndinin də təməli qoyulub. Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Eyni zamanda 1720 nəfər (425 ailə) əhalinin yaşayacağı Sarıcalı kəndinin təməli qoyulub
Hazırda Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Ölkə başçısının iştirakı ilə Ağdam şəhərində təməli qoyulan "City Hotel Agdam" mehmanxanası müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaqdır.
Bu gün Ağdamda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələri bərpa edilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Ağdamda dəmir yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı yaradacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.
Bütün bunlar azad edilən ərazilərin tezliklə gözəl məkana çevriləcəyi ümidlərini artırır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.