Şou-biznesdə Rəhim Rəhimli izi…
Müğənni Rəhim Rəhimlinin vaxtsız ölümü şou-biznes dünyasını, sevənlərini kədərləndirib.
OLAY yazır ki, bu günə kimi bir çox xitlərə imza atan 46 yaşlı sənətçinin həyatını itirməsi ilə bağlı onlarla sosial şəbəkə istifadəçiləri post paylaşıb, mahnılarını yad edib.
OLAY bu məqamda pop ulduzun tərcümeyi-halını təqdim edir:
Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Ekstravaqant tərzi, açıqlamaları ilə diqqət çəkən ifaçı Azərbaycan şou-biznesinə tövhələr verib.
R. Rəhimli uzun illər Lider TV-də "Dostum" adlı şou proqramı aparıb. Rəhim Azərbaycanın populyar ulduzları, Xalq artistləri Aygün Kazımova ilə "Hər şey düzələr", Xalq artisti Röya Ayxanla "Sən idin" duetlərinə imza atıb.
Həmçinin, A. Kazımovanın məşhur "Sevərsənmi" albomunda Rəhimin bəstələrinə yer verilib.
Rəhimli bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb, illər sonra Azərbaycana qayıdıb.
Sənətçi hər iki xanım həmkarları ilə silsilə şəkildə konsertlər verib. Rəhimin sonuncu səs-küy yaradan layihəsi repçilər Nadeer və Ramil Nabranla "Basdalama" dueti olub.
Layihə yutubda 18 milyon baxış toplayıb.
Daha sonra sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
O, rəhbər olduğu televiziyada bir çox dəyişikliklərə imza atıb. İfaçı vəzifədən getdikdən sonra səhnə fəaliyyətinə davam edib, daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
Pop ulduzun "Tərk-i Diyar", "Quzu kəsərəm" kimi hitlərə imza atıb. Bundan əlavə, sənətçinin Lider TV-də yayımlanan Lift Realiti Şousunun finalında Xalq artisti Alim Qasımov və Elnur Hüseynovla performansı uzun müddət danışılıb.
Müğənni 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!













BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 203 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 307 "Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"
"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini
07.11.2026 225 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 644 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 676 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 525 "Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 483 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 933 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 225