Dilçi alim: "Beş-altı sözdür, müəllimlər zəhmət çəkib, öyrənsinlər"
Məktəblərin açılması ilə müəllimlərin sosial şəbəkələrdəki təhsil forumlarında aktivliyi də artıb. Bu zaman nəzərəçarpan məqamlardan biri - müəllim həmkarların bir-birini sözlərin düzgün yazılmamasında ittiham etməsidir. Yəni diqqətə çatdırılan mövzudan çox, şikayətin və ya təklifin yazılış qaydası müzakirə olunur.
Bu hal bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayevin sertifikasiya zamanı 500-ə yaxın müəllimin "anbar", "şənbə" və "pambıq" sözlərinin düzgün yazılışını tapa bilmədiyini deməsini xatırladır. O zaman ölkədə bu xüsusda geniş müzakirələr yarandı və bir qrup şəxs həmin problemi orfoqrafiya lüğətinin tez-tez dəyişdirilməsi ilə əlaqələndirdi.
Müşahidə etsək, görərik ki, bu lüğət, həqiqətən də, az qala, altı aydan bir dəyişilir.
Bəs ümumiyyətlə, dilin qaydalar sistemi neçə müddətdən bir dəyişilməlidir? Hansı hallarda dəyişikliyə ehtiyac var?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən dilçi alim Sayalı Sadıqova orfoqrafiya lüğətinə qarşı qərəzli münasibət sərgiləndiyini söyləyib:
"Sertifikasiya ilə bağlı müzakirələrdən aydın olur ki, orfoqrafiya lüğətinə qarşı qərəzli münasibət sərgilənib. Müəllimlərin imtahanda səhv yazdıqları sözlərin yazılışı dəyişilməyib. İllərdir ki, olduğu kimi qalıb. Dərsliklərdə qaydası da göstərilib. Ümumiyyətlə, bu problemi orfoqrafiya lüğətinin üzərinə atmaq lazım deyil".
S.Sadıqovanın sözlərinə görə, alınma sözlərin yazılışında dəyişikliklər müşahidə olunur:
"Orfoqrafiya lüğətində müəyyən sözlər var ki, onların yazılışında dəyişikliklər baş verib. Lakin tarixən oturuşmuş, ənənəvi şəkildə işlənən sözlərlə bağlı dəyişikliklər yoxdur. Ümumiyyətlə, orfoqrafiya qaydaları uzunmüddətli olmalıdır. Orada tez-tez dəyişikliklər ola bilməz. Qaydaların tez-tez dəyişilməsinin qarşısı alınmalıdır. Normalara əməl edilməlidir. Bu gün biz bu şəkildə yazırıq, sonradan dəyişirsə, artıq yeni qaydaları öyrənməliyik".
Professor qeyd edib ki, orfoqrafiya qaydalarında sabitlik qorunmalıdır:
"Müəyyən sözlər var ki, onların yaranma mənbələri fərqlidir. Hazırda alınma sözlərin bir çoxu birbaşa Avropa dillərindən alınır və alındığı mənbəyə uyğun olaraq o formada yazılır. Yeni sözlərin yazılışında bu kimi müzakirələr ola bilər. Ümumiyyətlə, sözlərin yazılış qaydaları qorunub-saxlanılmalıdır. Dərsliklər nəzərə alınmalıdır. İstisna hallarda dəyişilməlidir. Azərbaycan dilinin öz qrammatikası, qaydaları var. Düzgün şəkildə əməl olunmalıdır".
Filologiya üzrə elmlər doktoru İsmayıl Məmmədli isə əlavə edib ki, orfoqrafiya lüğəti dörd ildən bir dəyişilməlidir:
"Orfoqrafiya lüğəti tez-tez dəyişilməyib. Türkiyədə öz lüğətlərini 27 dəfə nəşr ediblər. Bizdə cəmi altı dəfə dəyişilib. İnsanlar həmişə öz səhvlərini başqalarının boynuna qoyurlar. Sertifikasiyada yaza bilmədikləri söz dəyişilməyib. İllərdir ki, bu işlə məşğulam. Hər şeyi nəzərə alıb, dəyişikliklər edilib. Beş-altı sözdür. Zəhmət çəkib, öyrənsinlər.
Əslində, lüğət dörd ildən bir nəşr olunmalıdır. Lüğət 1940, 1960, 1975, 2004, 2009, 2013 və ən son 2021-ci ildə dəyişilib. Çox ara vermişik. Dəyişikliyə ehtiyac var".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 946 Tarix: 25 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 380 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 481 Yay fəsli uzanır... 6 ay davam edəcək
Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə
08.11.2026 180 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 216 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 260 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 180 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 688 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 617 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 408