Milyarderlərin fəlakətdən İNANILMAZ QAÇIŞ PLANLARI - Sığınacaqlar artıq hazırdır

Milyarderlərin fəlakətdən İNANILMAZ QAÇIŞ PLANLARI - Sığınacaqlar artıq hazırdırQlobal iqlim böhranı, artan ətraf mühitin çirklənməsi, beynəlxalq böhranlar, müharibələr və sürətli əhali artımı səbəbindən dünya hər gün fəlakətlərə yaxınlaşır.

BiG.AZ Musavat.com-a istinadla xəbər verir ki, "The Guardian" nəşrində maraqlı məqalə dərc olunub. Qabaqcıl texnologiya milyarderlərinin ən pis ssenarilər üçün qurtuluş planları qurduqları üzə çıxıb.

Görünən odur ki, həyatımızı asanlaşdırmağa çalışan, ekoloji problemlərlə mübarizə aparan, hər fürsətdə bəşəriyyətin qabaqcıl texnologiya sayəsində "xoşbəxt" gələcəyə qovuşacağını müjdələyən milyarder sahibkarlar dünyanın müxtəlif yerlərində dəbdəbəli və təhlükəsiz sığınacaqlar tikdirirlər.

Bəs bir gün fəlakət yaxınlaşsa, varlılar hara qaçacaqlar? Bəşəriyyətin qalan hissəsi ilə eyni aqibəti bölüşmək istəməyən texnologiya zənginlərinin planları...

"MİLYARDERLƏR DÜNYANI MƏHV ETMƏYƏ HAZIRLAŞIR..."

Yazıçı Duqlas Raşkoff bu yaxınlarda nəşr olunan "Zənginlərin sağ qalma mübarizəsi: Texnologiya milyarderlərinin qaçış fantaziyaları" (Survival of the Richest: Escape Fantasies of the Tech Billionaires) kitabında texnologiya nəhənglərinin gələcək planları və qiyamət ssenariləri haqqında maraqlı təfərrüatlara yer verib.

Raşkov texnologiya milyarderləri ilə keçirdiyi görüşlərdə yaşadığı maraqlı hadisələri oxuculara çatdırıb.

Yazıçı açıqlayıb ki, texnologiya milyarderləri dünyanı məhv etməyə hazırlaşırlar.

"Aeroportda məni limuzin gözləyirdi. Üç saatlıq yolumuz oldu. Düşündüm ki, kim belə uzaq yerdə konfrans təşkil etmək istəyər? Yaxınlaşdıqca kiçik bir hava limanına eniş edən şəxsi təyyarələri görəndə çox təəccübləndim. Onlar masa ətrafında oturub özlərini təqdim etdilər..." - Raşkoff təsvir edib.

Onları "beş super zəngin adam" kimi xarakterizə edən məşhur yazar texnologiya milyarderlərinin onu görüşə çağırmasının səbəbinin ortaya qoyduğu ideyaların olduğunu qeyd edib: "Bir az söhbət etdikdən sonra başa düşdüm ki, onlar texnologiyanın gələcəyi ilə bağlı fikirlərimlə maraqlanırlar".

Raşkoff deyib ki, dialoq gərgin suallarla dolu olub: "Bitcoin yoxsa Ethereum?"; "Virtual reallıq, yoxsa artırılmış reallıq?"; "Kvant hesablamalarını ilk kim işə salacaq, Çin və ya Google?"

Müəllifin fikrincə, bir anda söhbət "narahatedici" məqama çatıb.

Çünki görüşdüyü şəxslər bu sualları veriblər:

"Qlobal yox olmaqdan sonra dünyanın harası daha təhlükəsiz olacaq, Yeni Zelandiya, yoxsa Alyaska?"

"Kənardan kömək olmadan insan nə qədər yaşaya bilər?"

"Öz resurslarından qiyamət bunkerini necə yaratmaq olar?"

"Qrunt sularının çirklənmə ehtimalı varmı və təmizlənmə prosesi necə olmalıdır?"

Dünyanı gözləyən qlobal təhlükələri müzakirə etməyə başlayan texnologiya milyarderləri baş verə biləcək fəlakət ssenarilərini bir-bir müzakirə etdilər.

Yazıçının sözlərinə görə, bir çox milyarder artıq öz fəlakət sığınacaqlarının tikintisini başa vurub. Lakin problemlər bununla bitmir. Milyarderlər indi təhlükəsizliyi necə qoruyacaqlarını düşünürlər.

"Bir sahibkar müzakirə edilən variantlardan birinin baş verəcəyi təqdirdə, gizli bunkerində yerləşdirmək üçün onlarla dəniz piyadasını işə götürdüyünü qeyd etdi. Bu nöqtədə onun yeganə narahatlığı kriptovalyutalar dəyərsizləşərsə, onları necə ödəmək idi" - Raşkoff deyib

Yazıçının sözlərinə görə, görüşdə bəzi milyarderlər parollarını yalnız özlərinin bildiyi xüsusi seyflər düzəltdirdiklərini, yeməkləri orada saxlayacaqlarını və işçi kimi xidmət edəcək robotlar hazırlamağı düşündüklərini bildiriblər.

İşçi robotları haqqında eşidəndə təəccübləndiyini ifadə edən Raşkoff mövzuya insani baxımdan yanaşmağa çalışaraq bildirib ki, robot və ya elektrik naqillərindən çox, insanlara və insan münasibətlərinə investisiya qoymaq lazımdır.

Lakin onun sözləri istehzalı təbəssümlərlə qarşılanıb:

"Mən bunu elə o an anladım. Bu insanlar əslində insanlığını itirmiş şəxslərdir. Bunker strategiyalarını qiymətləndirmək üçün məni səhraya çağıran milyarderlər iqtisadi oyunun qalibləri deyil, qurbanlarıdır. Onlar "yaratdıqları zərərdən özlərini təcrid etmək üçün kifayət qədər pul qazanmaq" kimi bir zehniyyətə boyun əymişdilər"

BƏS KİM HARA GEDƏCƏK?

Ceff Bezos kosmosa, Piter Tiel Yeni Zelandiyada tikdiyi bunkerə, Mark Zukerberq virtual "Metaverse"ə sığınacaq?

Ultrazəngin və imtiyazlı insanların iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxması, kütləvi miqrasiya, qlobal epidemiyalar və ərzaq böhranı kimi real təhlükələrdən özlərini təcrid etməyə çalışdıqları bir həqiqətdir.

Onlar üçün texnologiyanın gələcəyi bir şeyə bağlıdır: bəşəriyyətin qalan hissəsindən mümkün qədər uzaq durmaq.

Cəmiyyətləri formalaşdıran texnologiya alətlərini inkişaf etdirən milyarderlərin dünyanı başqaları üçün yaşanmaz hala gətirə biləcəklərini heç düşünmədiklərini ifadə edən Raşkoff bildirib ki, dünya bu cür eqoist və təcrid olunmuş perspektivləri dəstəkləyən zəkalarla doludur.

Yazıçı bildirib ki, onlar arasında koloniya qurmaq istəyənlər də var, yeni dünya dizayn edənlər də:

"Virtual piramidaların başında duran milyarderlər artıq bizə sonsuza qədər hakim olmaq əvəzinə, oyunun sonunda öz çıxış strategiyaları haqqında aktiv şəkildə düşünməyə başlayıblar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1054   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 380
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 481
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 180
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 216
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 260
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 180
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 688
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 617
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 408
.