İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?

İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?"Azəristiliktəchizat" ASC sayğaclaşma ilə bağlı müvafiq şirkətlərlə danışıqlara başladığını elan edib. Qurumdan bildirilib ki, 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə kimi müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur. Məlumdur ki, istilik təchizatı ilə bağlı illərdir ki, sözügedən qurumla vətəndaşlar arasında narazılıqlar var. Hər istilik mövsümü gələndə bu problemlər yenidən gündəmə gəlir. Vətəndaşlar istiliyin verilməməsindən, "Azəristiliktəchizat" ASC isə vətəndaşların borclarını ödəməməsindən şikayət edir. Bəs sayğaclaşma prosesi necə olacaq? Bu sistem vətəndaşla qurum arasındakı münasibətləri tənzimləyə biləcəkmi? Ən əsası, vətəndaşın istilik problemli həll olunacaqmı?

Məsələ ilə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı "Kaspi"yə açıqlamasında bildirdi ki, ASC-nin sayğaclaşdırma layihəsi pilot olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur. Qurum rəsmisinin sözlərinə görə, bu layihə müəssisənin fəaliyyətinin müasirləşdirilməsinin və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsini təşkil edir: "Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri, qurumları əhatə edir. Bizdən istilik xidməti alan yaşayış binalarında pilot sayğaclaşdırma hazırda nəzərdə tutulmur. Bu binaların gələcəkdə sayğaclaşdırılması pilot layihənin nəticələrindən asılı olacaq".

Həmsöhbətimiz deyir ki, sayğaclaşdırma üzrə pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliliyini təmin etmək, istilik xidmətinin keyfiyyətini artırmaq, bunun üçün tələb olunan resursların daha effektiv planlaşdırılmasını təmin etməkdir: "Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydası istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırmasını qeyd etməkdir. Bu layihə reallaşdıqda vətəndaşlar istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla, vəsaitlərinə qənaət edə biləcəklər. "Azəristiliktəchizat" ASC ölkəmizin inkişafı, rifahı naminə öz fəaliyyətini gücləndirərək və müasirləşdirərək davam etdirir".

Enerji məsələləri üzrə ekspert İlham Şaban hazırkı prosesi müsbət addım kimi qiymətləndirir. Mütəxəssis vurğulayır ki, pilot layihə uğurlu olsa və yaşayış binalarında da həyata keçirilsə, insanlar bundan faydalanacaq və sərfiyyat borclarını da vaxtlı-vaxtında ödəyəcəklər: "Sayğacları binada quraşdırmaq çətin proses deyil. Bunu çox sadə şəkildə həyata keçirmək olar. Qızdırıcı radiatora su haradan gəlirsə, onun girişində sayğac quraşdırıla bilər. Bu gün insanlar ona görə istilik üçün pul ödəmirlər ki, bundan yararlana bilmirlər. Vətəndaş ödənişini etmir və deyir ki, sən məndən 5-6 ay istilik mövsümünə görə pul alırsan, ancaq 2 ay istilik verirsən. Bu, ədalətsizdir. Sayğac sisteminin quraşdırılması çox yaxşı olar. Quraşdırılan sayğac təkcə nə qədər su sərf olunduğunu hesablamır, həm də temperaturu qeydə alır. Məsələn, minimal temperatur 40 dərəcə olmalıdır, amma göstərici 50 dərəcədir. Sayğac bunu yazacaq. Belə olsa, insanlar da faydalanacaq və pulunu ödəyəcəklər".

Mütəxəssis vurğulayır ki, biz bu sahədə dünya ölkələrindən çox geridə qalmışıq: "Xaricdə isti və soyuq suyun sayğacları fərqlidir. Bizdə bu, yeni tikililərdə də nəzərə alınmır. İnsanlar nə üçün kombiyə, İran sobalarına üz tuturlar? Çünki onlara lazım olan istiliyi oradan alırlar. Mən əgər istiliyi "Azəristiliktəchizatdan" ala bilirəmsə, kombi quraşdırmaq onun istismar xərcindən sərfəlidirsə, nə üçün daha artıq pul ödəyib kombi quraşdırım? Bizdə mərkəzləşdirilmiş istilik sistemi olsa, qaza da qənaət etmək olardı. İş düzgün qurulsa, pul yığmaq problemləri də olmayacaq".

Qeyd edək ki, hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Yəni havaların isti və soyuq keçməsindən asılı olmayaraq, tətbiq olunan tarif eynidir. Sayğaclar isə verilən istilik enerjisinin miqdarını ölçəcək və qiymət də bunun müqabilində ödənəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.