Vətən müharibəsi bizim şanlı tariximizdir

Vətən müharibəsi bizim şanlı tariximizdir200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilir. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi. Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, "Güclü ordu - güclü dövlət" strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində "Qarabağ Azərbaycandır" nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Qazanılan Şanlı Qələbə Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə qazanıldı. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elon Musk Ukraynanın Starlink tələbinə "yox" deyir

Amerikalı sahibkar Elon Musk Ukraynanın SpaceX tərəfindən təqdim olunan "Starlink" peyk rabitə sistemindən istifadə ilə bağlı tələbini rədd edir. xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb. Nəşrin məlumatına görə, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov vəzifəsində

10:55 139
.

16 yaşlı Asimanın da meyiti tapıldı

Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb. "6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsi

12:01 139
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

07.08.2026 366
.

Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)

Azərbaycanda bölgələrin hansı ərzaq məhsullarını daha çox istehlak etdiyi açıqlanıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son dövrlər iqtisadi rayonlar üzrə qida məhsullarının adambaşına istehlakında ciddi fərqlər müşahidə olunub. Belə ki, çörək və çörək məhsullarının (una çevirməklə

07.08.2026 364
.

48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar

"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiy

07.08.2026 727
.

Aktrisa ayrıldığı ərinitəriflədi: "Bu nə yaraşıqlılıqdır"

Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm

07.08.2026 319
.

"Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"

Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d

07.08.2026 441
.

Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri

"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi

07.08.2026 356
.

Xəzər dənizində unikal TAPINTI: suyu təbii təmizləyir

Xəzər dənizində suyun təmizlənməsinə kömək edən unikal molyusk aşkar edilib. xəbər verir ki, bu barədə "AkJayık" Dövlət Təbiət Qoruğunun mütəxəssisləri məlumat veriblər. "AkJayık" Dövlət Təbiət Qoruğu Qazaxıstanın Atırau vilayətinin Mahambet rayonunda və Atırau şəhərinin ətrafında

07.08.2026 280
.

TOP MP3