"Ay gəlin, bir gün ananın yerində sən olacaqsan"

"Ay gəlin, bir gün ananın yerində sən olacaqsan"Bu gün sosial şəbəkələrdə yayılan oğul və gəlinin 90 yaşlı qadına işgəncə verdiyi videoya Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı münasibət bildirib.

OLAY yazır ki, o, aparıcısı olduğu "Səni axtarıram" verilişində sözügedən görüntüləri göstərərək bu sözləri deyib:

"Bu gün sosial şəbəkələrdə yayılan, hər birinizin izlədiyi video var. Məni də işarələyirlər ki, Xoşqədəm xanım niyə səsinizi çıxarmırsız, bir söz demirsiz. Bəziləriniz da Nərmin hadisəsindəki kimi tənqid edirsiniz. Kimisi də kömək istəyir. Əzizlərim, bir çox şey bildiyiniz kimi deyil. Mən videonu gördüyüm anda araşdırmağa başlamışdım. Paylaşıldığı saniyədə mənim məlumatım oldu. 90 yaşlı ana gəlini və oğlu tərəfindən hansı vəziyyətə salınıb. Bu dəhşətli hadisədir.

Fərqi yoxdur 6 ay, bir il əvvəl, ya da bu gün baş verib. İstər oğlu onu bu vəziyyətə salsın, istərsə də yad. Nəticədə yaşlı bir insana qarşı qanuna, insanlığa sığmayan hərəkətdir. Ey insanlar, mal-mülk, mənfəət üçün özünü bütün naqisliklərin ortasına salan bəzi insanlar, bir gün siz də qocalacaqsız. Ay gəlin, ay oğul, bir gün o ananın yerində sən olacaqsan. Yaşatdığını yaşamadan bu dünyadan heç kim köçməyib, köçməyəcək də. Nə etmisənsə, qarşına çıxacaq. Quyu qazacaqsan, ora düşəcəksən. Vuracaqsan, vurulacaqsan. Məni işarələyirsiz nə deyim? Gedim tutum? Elə səlahiyyətim var? Kim gəldi mənə şikayət etdi? Nənə gəldi, dedi, müzakirə etmədim? Sizə göstərirəm, mövqeyim budur. Ar olsun! Özündən böyüyə, ata-anasına yaxşı baxmayan, onu küçələrə atan, qocalar evinə qoyan oğula, qıza ar olsun".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1505   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qadın kimi xoşbəxt olmadım" deyib, ağladı

"Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qədər doğmama çevrildi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında yazıb. Ad günü olan aparıc

09.08.2026 505
.

"Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq"

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında münasibətlər və qadın-kişi fərqləri ilə bağlı fikirlər yer alan görüntülər yayımlayıb. Aktrisa "Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər…" sözlərini

08.08.2026 352
.

"Odissey"dən daha bir rekord - 1 milyardı keçdi

"Odissey" filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bununla da, "Odissey" 1,08

10.08.2026 356
.

Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib

16.08.2026 422
.

Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

Türkiyəli müğənni Cansever vəfat edib. Axşam.az xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Cansever xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm", "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat"

09.08.2026 533
.

Güclü yağış yağdı, konserti təxirə salındı

Amerikalı reper Kanye Uestin Almatıda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Axşam.az xəbər verir ki, sənətçinin avqustun 14-də Mərkəzi Stadionda baş tutmalı olan konserti əlverişsiz hava şəraiti səbəbindən avqustun 15-nə keçirilib. Bu barədə Kanye Uest sosial şəbəkədəki "X" hesabınd

15.08.2026 194
.

Azərbaycanlı müğənni küçədə döyüldü

Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:. "İki nəfə

15.08.2026 392
.

Kamil Zeynallının onun ilə SƏMİMİ ANLARI GÖRÜNTÜLƏNDİ - VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı qızı ilə paylaşdığı görüntülərlə izləyicilərinin diqqətini çəkib. xəbər verir ki, idmançının övladı ilə keçirdiyi səmimi anları əks etdirən kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Ata-balanın mehriban münasibəti izləyicilərin də diqqətində

16.08.2026 623
.

Aygün Kazımovanın şok edən ARXİV GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın 26 il əvvəl səhnədə yaşadığı maraqlı və yaddaqalan hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılıb. xəbər verir ki, kadrlarda pop ulduzunun çıxışı zamanı fonoqramın gözlənilmədən dayanması əks olunub. Gözlənilməz texniki nasazlığa baxmayaraq, Aygün Kazımova peşəkarlı

09.08.2026 536
.