"Həyat yoldaşlarını ortalığa qoyub, şəxsi həyatlarını tərbiyəsizcəsinə təbliğ edirlər..." - Azərbaycanlı aparıcı

"Həyat yoldaşlarını ortalığa qoyub, şəxsi həyatlarını tərbiyəsizcəsinə təbliğ edirlər..." - Azərbaycanlı aparıcı"Tamaşaçılar məni uzun illərdir aparıcısı olduğum "Ay ev yiyəsi" verilişi ilə tanıyıblar. İndi həmin verilişi "Kim var, kim yox?" adı ilə aparıram. Mövzu, məzmun eynidir. Təkcə dəyişiklik odur ki, verilişi qızımla birlikdə aparıram. Bu mövsüm də həmin verilişdəyəm. Tələbat var, insanlar maraqla izləyir. Verilişdə hər dəfə bir məşhurla qapı döyürəm. Gənc müğənniləri də qonaq edirəm, böyük sənətkarları da. Hamısı ilə yol yoldaşı olmuşam. 22 ildir televiziyadayam, hamısı ilə dostam. Televiziyaya dünən gəlməmişəm ki, mənə kapriz etsinlər. Bu işi dərindən bilirəm. Onlar da bilir ki, mənim təqdim etdiyim verilişlərin heç birində problem olmur".

BiG.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Lalə Əlimuxtarova deyib. O, daha sonra küsdüyü insanlarla barışmadığını bildirib.
Ətraflı

"Bir neçə müğənni var ki, onlarla qətiyyən əlaqəm yoxdur, danışmıram. Tək müğənnidən söhbət getmir, istəyir lap doğmam olsun. Ümumiyyətlə mənə haqsızlıq edən insanla küsürəm, daha sonra barışmıram. 15 ildən artıqdır ki, dayımla danışmıram, ölən günümə qədər də barışmaram" deyə aparıcı deyib.

Lalə Əlimuxtarova efirdəki çatışmazlıqlardan da danışıb.

"Efirlərdə nə çatışır ki?! Efirlərdə mədəniyyət çatışmır! Kimi gəldi efirə buraxırlar, nə gəldi göstərirlər, danışırlar. Olmaz! Şəxsən mən bunu etməzdim. Təbii ki, söhbət bütün telekanallardan getmir, amma çoxundan gedir. Verilişlərin çoxu tərbiyəsizliyi təbliğ edir. Bir televiziya işçisi olaraq çox verilişlərə baxıb, əsəb keçirirəm. Özlərini reklam edirlər, şəxsi həyatlarını çılpaqlığı ilə sərgiləyirlər. Həyat yoldaşlarını ortalığa qoyurlar. Aparıcılarda, müğənnilərin bir çoxunda geyim zövqü bərbaddır. Mənə elə gəlir ki, kimliyindən asılı olmayaraq insan ilk növbədə özünə hörmət qoymalıdır, özünü dəyərləndirməlidir. Danışığını, oturuşunu-duruşunu bilməlidir. Vaxt var idi ki, dövlət televiziyasında heç kəsi efirə buraxmırdılar. Sayılıb, seçilən xanəndələr, sənətkarlar efirlərə çıxardı. Belə olmalıdır. İntelektual verilişlər yox dərəcəsindədir. Bəzən deyirlər ki, "reytinq vermir". Biz təbliğ etsək elə gözəl baxacaqlar ki. Tamaşaçılarda maraq oyatmaq lazımdır" deyə Lalə Əlimuxtarova deyib.

"Aparıcı olmaq üçün ilk növbədə insanda nə olmalıdır?" sualına isə Lalə Əlimuxtarova belə cavab verib.

"Məncə aparıcı olmaq üçün görünüş, səs tembri, düzgün danışıq tərzi mütləqdir. Ən əsası da insanlara fikri düzgün çatdırmaq lazımdır. Peşəkar aparıcı rejissorluğu da, kameranı da, montajı da bilməlidir. "Mən aparıcıyam" deyib bununla kifayətlənmək olmaz. Televiziyada çalışan hər bir aparıcı sadaladıqlarımın hamısını bilməsə də bunun hər qolundan xəbərdar olmalıdır. Mən aparıcılığı belə görürəm. Bir aparıcı öncə peşəkar müxbir olmalıdır, hər şeydən məlumatlı olmalıdır" deyə aparıcı bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 32617   Tarix: 23 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.