WİFİ modemdən saytlara girişi BLOKLAMA QAYDASI
Bəzən elə olur ki, evdə olan balaca uşaqların yaxud ofisdə həmkarların iş vaxtı girməli olduğu saytları limitləmək istəyirik.
BiG.AZ lent.az-a istinadən bildirir ki, bunu isə tətbiq etməyin əslində bir neçə variantı var: kompüterdən bloklamaq, tətbiqlər vasitəsilə bloklamaq və bugün izah edəcəyəmiz wifi modemdən bloklamaq.
Amma wifi modemdən bloklama digər üsullardan fərqli olaraq həmin şəbəkəyə qoşulan bütün cihazların təyin edilən saytlara girişinə əngəl olur.
Başlayaq məşhur TP-Link modemlərindən. Bu modemlərdə Wifi sazlamalarına keçid etmək üçün ənənəvi olaraq brauzerdən 192.168.0.1 və yaxud 192.168.1.1 IP adreslərindən birinə daxil olub, açılan login səhifəsinə, əgər əvvəlcədən dəyişməmisinizsə, admin-admin yazıb, sazlamalara keçid edirik. Əgər admin-admin login və şifrəsilə daxil ola bilmirsinizsə, bu zaman sizə xidmət göstərən provayder ilə əlaqə saxlayıb, məlumatı onlardan istəyin.
Saytları bloklamaq üçün ilk olaraq sol menyuda yer alan bölmədən "Access Control"a, daha sonra isə həmin seçimin altında yer alan "target"ə keçid etmək lazımdır.
Bu keçiddən sonra ekranın sağında bloklamaq üçün menyu açılacaq. Açılan bu menyudan "add new" seçib, bloklayacağımız saytı siyahıya əlavə etməliyik. Bu zaman bizdən bloklamanın modelini seçmək tələb olunur. İstəsəniz IP, istəsəniz Mac adressə həmçinin "url address"ə uyğun bloklama apara bilərsiniz. Indi buradan biz "url address" yəni link seçirik, "description" hissəsinə qısa təsvir yazıb, "url address"-ə bloklamaq istədiyimiz saytın linkini əlavə edirik.
Nümunə üçün YouTube-u, Facebook-u, TikTok-u əlavə edib, bir list yaradaraq, "save" düyməsini sıxaq. Beləcə əlavə etdiyimiz saytlara bu şəbəkə üzərindən giriş bloklandı.
Solda olan "Schedule" seçimi isə saytlara yalnız müəyyən vaxt aralıqlarında blok qoymaq üçün nəzərdə tutulub. Əgər siz bu seçim vasitəsilə saytlara girişin qadağan olunma günlərini, saatlarını seçsəniz yalnız təyin olunan müddət ərzində saytlar blokda qalacaq. Bu seçim ən çox ofis əməkdaşları üçün istifadə olunur. Məsələn, siz iş günləri və iş saatları ərzində əməkdaşların facebook-dan istifadəsini bloklaya bilərsiniz.
Kabel televiziyaların evlərə quraşdırdığı Tenda modemlərində isə bu proses biraz daha sadədir. Əgər evinizdə istifadə etdiyiniz router Tenda-dırsa, brauzerdən 192.168.0.1 IP adresinə daxil olub, birbaşa açılan ekrandan "Parental control" yəni valideyn nəzarəti bölməsinə keçid etmək lazımdır.
Burada bizim şəbəkəyə qoşulu olan cihazların siyahısı görünür. Saytları bloklamaq üçün isə lazım olan vaxt aralıqlarını seçib "Website restrictions" bölməsinin qarşısındakı seçimi "allow" seçiminə dəyişirik.
Bu zaman saytları əlavə etmək üçün aşağıda bölmə açılır. Bu bölməyə bizə lazım olmayan saytları siyahıya bir-bir əlavə edərək, sonda yuxarıdakı cihazların birinin yaxud hamısının qarşısındakı işarəni sağa sürüşdürürük.
Bu işarə göstərilən bloklamalarının hansı cihaza aid olmasını seçmək üçündür. Yəni siz bir yaxud bir neçə cihaza bu məhdudiyyətləri tətbiq edə bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1454 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364