Meksikalı general 43 tələbənin itkin düşməsinə görə həbs edildi
Meksikada təqaüddə olan ordu generalı Xose Rodriqes Peres həbs edilib.
O, təxminən 8 il əvvəl, 2014-cü ildə Meksikanın İquala şəhərində 43 tələbənin yoxa çıxması ilə bağlı istintaq işi üzrə saxlanılıb.
Bu barədə təhlükəsizlik nazirinin müavini Rikardo Mexiya açıqlama verib.
Nazir müavini İquala hadisələri baş verən zaman Rodriqesin 27-ci Piyada Batalyonunun komandiri olduğunu bildirib. O, Rodriqesə qarşı məhz hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.
Hökumət katibliyinin nümayəndəsi Rodriqes Peresin general rütbəsi ilə təqaüdə çıxdığını təsdiqləyib.
Mexiya əlavə edib ki, Meksika ordusunun hərbi qulluqçularının həbsi üçün ümumilikdə dörd order verilib. Onun sözlərinə görə, dörd nəfərdən üçü həbs edilib.
İtkin düşən tələbələr 2014-cü il sentyabrın 26-da yerli polis və federal hərbi qüvvələr tərəfindən ələ keçiriliblər. Tələbələr Ayotzinapa şəhəri yaxınlığındakı müəllimlər kollecindən Mexikoya gedirdilər. Onlar Tlatelolko qətliamının (1968-ci ildə baş verən Tlatelolko qətliamı zamanı hökumət qüvvələri Mexikoda 300-ə yaxın tələbə nümayişçini öldürüb) ildönümünü qeyd etmək niyyətində idilər. Lakin təyin olunan yerə gedib çıxa bilməyiblər.
Daha sonra güllələrdən deşik-deşik olan avtobuslar İqualanın küçələrində tapılıb. Sağ qalan və geri qayıdan tələbələrdən bəziləri onlara hərbçilərin atəş açdığını iddia ediblər. Lakin onların digər qırx üç tələbə yoldaşı tapılmayıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador tərəfindən həqiqətlərin araşdırılması komissiyası yaradılıb. Komissiya itkin düşən tələbələrin "dövlət tərəfindən maliyyələşdirilən cinayətin" qurbanı olduğu barədə sensasiyalı hesabat yayımlayıb. Məlumata görə, bu qurbanlardan ən azı altısı əvvəlcə oğurlanıb, sonra isə Rodriqesin nəzarəti altında öldürülüb.
Meksikanın yüksək rütbəli insan haqları rəsmisi Alexandro Ensinas bununla bağlı mətbuat konfransı keçirib. "Baş verən hadisələrdən sonra altı tələbənin dörd gün ərzində sağ qaldığı və sonra o vaxtkı polkovnik Xose Rodriqes Peresin əmri ilə öldürüldüyü güman edilir", - deyə o qeyd edib.
Digərlərinin başına nə gəldiyi barədə isə hələki açıqlama verilmir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 17 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281