Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxıldı

Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxıldıRüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

"Report" xəbər verir ki, bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanan ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd

15:00 161
.

"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Anası səssizliyini pozdu

Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib. Axşam.az-ın məlumatına görə

10:30 294
.

Rusiya rəsmisindən Polşa prezidentinə sərt cavab: "Sadəcə axmaqdır"

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Polşa prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək" çağırışına münasibət bildirib. xəbər verir ki, Kolesnikin sözlərini yayıb. Rusiya rəsmisi Polşa prezidentini sərt ifadələrlə tənqid edib. "Karol Navrotsk

11:00 213
.

Həftəsonu müşahidə ediləcək HAVA ŞƏRAİTİ AÇIQLANDI

Avqustun 8-i və 9-u ölkə ərazisində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bu barədə XQ-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O deyib ki, qeyd edilən günlərdə Bakıda v

15:42 171
.

Ana oğluna qoyduğu ada görə həbs olundu

Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda eşitdiyi adı verdiyi üçün həbs olunub. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 1998-ci ildə baş verib. Kirsti Larsen yeni doğulan oğluna yuxusunda ingilis dilində eşitdiyi adın ivrit dilindəki qarşılığı olan "Geşer" adını vermək istəyib. Lakin həmi

07.08.2026 391
.

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki

18:07 55
.

Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb

Azərbaycanda qeydə alınan 61 cinayətin üstü avqustun 7-də açılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, onlardan 17-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir

17:00 109
.

97 yaşında təyyarə qanadında uçdu - Video

İngiltərənin Qlosterşir qraflığının Çeltnem şəhərində yaşayan 97 yaşlı Betti Bromeyc qeyri-adi rekord müəyyənləşdirib. "Qafqazinfo" xəbər verir ki, 2025-ci ildə insult keçirməsinə baxmayaraq, o, təyyarənin qanadı üzərində uçan ən yaşlı qadın kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb

07.08.2026 304
.

Altay Bayındır karyerasını La Liqada davam etdirəcək

Türkiyə yığmasının və "Mançester Yunayted"in çərçivə qoruyucusu Altay Bayındır karyerasında yeni səhifə açır. xəbər verir ki, təcrübəli qapıçı İspaniyanın "Selta" klubu ilə razılığa gəlib. 28 yaşlı qolkiper La Liqa təmsilçisinin heyətində icarə əsasında forma geyinəcək. Tərəflər arasınd

07.08.2026 351
.

TOP MP3