"Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq" - Mirşahin Ağayev

"Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq" - Mirşahin Ağayev"Ssenari həminkidir. Azərbaycan ərazi bütövlüyünün daha etibarlı təminatı naminə uğurlu əks-həmlə əməliyyatı keçirib, Ermənistanla sərhəddə, demək olar ki, bütün hakim yüksəkliklərə nəzarət imkanı qazanıb. Bu, Gələcəyimizin Qələbəsidir! Ermənistan əsgərləri sərhədlərimizdə posta çıxmaqdan artıq nümayişkaranə surətdə imtina edirlər. Ermənistan, özünün 12-14 sentyabr təxribatı zamanı məhv edilmiş hərbçilərinin cəsədlərini öz sərhədlərindənsə yığıb-yığışdırmağa macal və cəsarət tapmır. Düşmən ordusu sarsıdıcı zərbə alıb! Texnikasının, canlı qüvvəsinin mühüm hissəsini itirib. Əslində bu gün mediada əsas gündəm bu olmalıdır. Biz bu Böyük Tarixi Uğura qol, baş, ürək qoymuş Şəhidlərimizin uca məqamından bəhs etməli, onların öz şəhadəti ilə daha da dəyərləndirdiyi Dövlətimizi, Azərbaycan qarşısında hər birimizin daşıdığı məsuliyyəti düşünməliyik. Amma məqsədli və özü də qara məqsədli bir şəkildə söhbəti "şəhid qardaşı" mövzusuna dəyişənlər, Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın apardığı işləri görməzliyə vuraraq 34-35-ci dərəcəli məsələlər ətrafında qeybət edənlər öz ampluasındadır".

Sfera.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Qubad İbadoğlu, Əli Kərimli, Sevinc Osmanqızı və başqa bu tipli "yaramazların" üzərinə getmək, əyyaş pasifizmi, psevdoinsansevərlik kimi ziyanlı, vətəndaşı vətənə qarşı qoymağa hesablanmış meyillərlə mübarizə aparmaq əvəzinə "Filankəsin üzrxahlıq videosunu kim çəkdi? Kim yaydı?" tək düşük suallara cavab axtarırlar:

"Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi?! Dostlar, yaxşısı budur, gəlin Zəngəzur yolunda əldə edilmiş uğurlu strateji nəticə haqqında düşünək. Ciddi təhlil aparaq. Daha uzağı görməyə çalışaq. Yox, darıxsaq, bir şəhid ailəsinin qapısını döyək. Allah verəndən pay aparaq. Daha özümüzdən alicənablar alicənabı düzəldib, mələk qiyafəsinə girməyə çalışmayaq. Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq. Onların valideynlərinin yaralı bağrını hiss edək! Bəsdir, quşəppəyi təfəkkürü ilə, balıq şüuru ilə sosial şəbəkədə meydan suladıq. Dünən Şuşaya 30 illik məsafədən boylanırdıq. Bu gün Göyçənin 3 kilometrindəyik! Başa düşürsünüz?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3105   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.