"Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır" - VİDEO
"Hazırda Ukrayna ilə Rusiya arasında döyüşlər davam edir. Müharibə başlayandan bəri indiyə kimi Azərbaycan şou-biznesi və ən əsası Azərbaycan xalqı Ukraynanı dəstəklədi. Artıq bir neçə ildir ki, Maks Barskix sənin karyeranı izləyirəm. Teleaparıcı Janna Badoevanın köməkliyi ilə bu pilləyə ucalmısan. O, səni insan etdi. Hərçənd, Maks sən xoşagəlməz addımlarınla ona qarşı çıxmısan".
BiG.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
O, ukraynalı həmkarının sosial şəbəkə səhifəsində sentyabrın 13-də cəbhədə baş verən hadisələrdə Ermənistana dəstək çıxmasına sərt şəkildə etirazını bildirib.
Roza Maksı xain adlandıraraq, ona dəstək verdiyi Ermənistanda oxumasını da məsləhət görüb.
"Sənin kimilər vətənini, ata-baba yurdunu müdafiə edən o oğlanların hesabına buraya gəlib konsertlər verirsiniz. Tamaşaçılarımız isə sizi sevir, fanatlıq edir. Amma sən hələ də düşünürsən ki, güya konserti sən ləğv etmisən. Bunları deməyə necə də cürət edirsən.
Nəzərinə çatdırım ki, sentyabrın 13-dən etibarən Azərbaycanda bütün konsertlər qeyri-müəyyən müddətə dayandırılıb. Bəli, konsertin dekabrın onundadır. Sosial mediada hesabında yazdığın o postdan sonra konsertinin levğ olunmasını düşünürsənsə, dərindən yanılırsan.
Bundan əvvəl konsertiniz ləğv edilib. Mən insanları fiziki məziyyətlərinə görə bölmürəm. Əgər birisi özünü müdafiə edə bilmirsə, ölkəsini necə müdafiə edəcək?! Sən şükür edən insan deyilsən.
Öz hərəkətlərindən utanmalısan ki, bizə təcavüzkar deyirsən. Azərbaycan Ukraynanı həm mənəvi, həm də maddi cəhətdən dəstəklədi və hələ də dəstəkləyir. Bəlkə də bu sənə dərs olar.
Müharibə zamanı "Instagram"dakı 2 milyon abunəçi sayımla 15 gün ərzində hər gün paylaşımlarımda şəxsən mən Ukraynaya dəstək verdim.
Sən isə öz sosial şəbəkə hesabında cəfəngiyyat yazırsan. Utan! Barskix, sən heç öz dostlarınla dost olmadın, qaldı ki, bizim dostumuz olasan. Bu gündən sonra gedib Ermənistanda konsert verə bilərsən. Təbii ki, əgər səni onlar dinləmək istəsələr. Amma istəyərlər, çünki sənin kimi insanların zövqü elə Ermənistandır".
Qeyd edək ki, Maks Barskixin Ermənistana dəstək çıxmasından dərhal sonra ulduzun dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti təşkilatçılar tərəfindən ləvğ olunub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"
"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini
07.11.2026 225 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 836 Atası ilə fotosunu paylaşıb bunları yazdı
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad
01.11.2026 823 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 750 Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 896 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 203 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 488 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 225 Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb
2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk
04.11.2026 483