"Boşanma məsələsində anam məni "doldur"du"

"Boşanma məsələsində anam məni "doldur"du"Tanınmış influenser Aysel Şükür ailə haqda açıqlamaları ilə gündəmə gəlib.

OLAY yazır ki, instaqram səhifəsində sual-cavab edən blogerin "Sizin ananız arıdır" sualına "Hə, hamını sancır", - deyə, cavab verməsi qalmaqala səbəb olub.

Bu barədə Aysel özü yazıb:

"Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə "bir ton səs" atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin: Heç kimi bəyənmir bu insan – nə qız, nə oğlan! Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında – hətta tanımadığı insanlar haqda elə sözlər deyir ki... Dəfələrlə eşitmişəm – demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqda heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox da...".

İnfluenser keçmiş həyat yoldaşı Oktay Əliyevdən boşanması barədə də söz açıb:

"Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər. Təssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər məni "doldur"du ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim".

A.Şükür daha sonra açıqlamalarına belə davam edib:

"Səhərə qədər yatmamışam, ağlamışam. Ona görə buraya içimi tökdüm. Mənə heç kimin yazığı gəlməsin. Ətrafımdakılar bilir ailəm nə tip adamlardır.

Bir dəfə boş vaxtıma düşəndə anamın "gül" sözlərindən video qoyacağam. Bu alfonsdur, səndən istifadə edir. Bu fahişədir niyə salam verdim, o geydir, bu səni istəmir, puluna görə yanındadır. Bu səni ona görə alıb ki, səndən "yesin". Anama görə hamı tərbiyəsiz, pozğun, küçədə qalmışdır, mən "ev qızı"yam, ay dostlar. Adam deyər ki, sənin qızın da iki dəfə boşanıb da, sənin qızına da rahatlıqla nəsə deyəcəklər, ay ana...

Demirəm ki, dedikləri səhv çıxıb, düz çıxdığı məqamlar da var. Amma məni heç kim sevə bilməz? Məni heç kim mən olduğuma görə istəyə bilməz? Bu qədərmi dəyərsiz, çirkinəm, pis insanam ki, hamı nəyəsə görə mənə yaxınlaşsın? Başa sala bilmirəm, amma qəlbim param-parçadır...".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2719   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 254
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 204
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 186
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 446
.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

12:10 138
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 1040
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 824
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 212
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 899
.