Azərbaycanda daha bir bağçada dəhşətli hadisə - FOTOFAKT

Azərbaycanda daha bir bağçada dəhşətli hadisə - FOTOFAKTAzərbaycanda daha bir uşaq bağçasında körpəyə qarşı xoşagəlməz hal qeydə alınıb.

BiG.AZ xəbər verir ki, "Pravda.az" xəbər portalının baş redaktoru İlkin Pirəlinin 2 yaşlı qızı Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 44D ünvanında yerləşən, "Bağçam" uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan "Baby Star" uşaq bağçasında xəsarət alıb.

İlkin Pirəlinin sözlərinə görə, baxça rəhbərliyi uşaqın hansı səbəbdən xəsarət almasını demir, kamera görüntülərini isə valideynlərdən gizlədir.

İlkin Pirəli deyib: "Mehnur"dur, mehtərdir, nə xarabadır, bilmirəm, orada baş verənlərdən sonra bir məsələyə xüsusi diqqət çəkmək istədim.
Bu ilin iyunun sonunda 2 yaş yarımlıq qızımı Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 44D ünvanında yerləşən, "Bağçam" uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan "Baby Star" uşaq bağçasına qoydum.

Təbii ki, adaptasiya prosesi çətin oldu, elə başlamamış bitdi. Uşaq ağlamalıdır, bu, normal haldır. Elə bir həftə idi ki, gedirdi. Həyat yoldaşım dedi ki, uşaq yıxılıb, başı əzilib. Dedim, necə yəni? Kamera görüntülərini tələb et!

Dedi, deyirlər, bisetkadan yıxılıb (guya anası yadına düşüb, ağlayıb, halsızlaşıb, çıxarıblar çölə. Ağlaması normal. Amma halsızlaşmaq nədir, onda, ümumiyyətlə, elə əlamət yoxdur, sapsağlam uşaqdır), həmin yerdə də kamera yoxdur. Anası deyib ki, axı izlənilib gün ərzində, narahatlığı yox idi, həm də iki dəfə zəng edilib, məlumat verməli idiniz. Həkim tətildə ola-ola, müəllim "pereks" vurub yaraya. Yıxılmazdan əvvəl və sonra ağladığını bildiriblər, onda da koridora çıxarıblar. Baxın, bunlar uşaqları koridora çıxarırlar, orada da kamera yoxdur, niyə? Cəza yeridir? Əlavə olaraq da bildiriblər ki, üzrlü sayın, ola bilsin, diqqətsizlik göstərmişik, nəzərə almağınızı xahiş edirik ki, əməkdaşlarımızın bir hissəsi məzuniyyətdədir-filan. Şübhəli qaldım deyə, növbəti gün dedim, əməkdaşlar qadınlardır, yenə get, dəqiqləşdir, nə məsələdir... Bu xarabanın o hissəsində niyə kamera yoxdur? Çünki bir neçə nəfərdə vardı izlənmə proqramı. Belə başa düşülür ki, bizim baxdığımız yerlər adi yerlərdir. Cəzalanma yeri də var, böyük ehtimal. Bisetkanın ətrafında kamera yoxdursa, deməli, döyülmə yeridir? Ehtimal ki, ağlayıb, vurublar, yıxılıb, başı əzilib. Nəisə, anasını inandırdılar ki, özü yıxılıb. Kamerasız-filansız... Uşağı çıxardıq. Kamera görüntüləri olsaydı, görsəydik ki, uşaq özü yıxılıb, kim nə deyir ki?! Baxmayaraq ki, yaşına görə daha çox nəzarətdə saxlanılmalıdır. İnanın, uşağın döyülməsinə əmin olsaydım, bunu edənlərin, rəhbərliyin anasını ağlar qoyardım, hər bir müdir əxlaqına uyğun şəxsləri rəhbərlik etdiyi quruma toplayır. Siz kimsiniz ki, uşağı vurursunuz?! Ödəniş edirik ki, vurun? Əmin olun, əvəz çıxmayınca sakitləşməzdim. Uşaqları vurmaq olmaz!

Deyirəm, kaş həkimə aparıb, ekspertiza rəyi alıb, müvafiq qurumlara müraciət edəydim. Çox heyf. Nə bilək, reablitasiya mərkəzində baş verənlərdən sonra ciddi şəkildə narahat oldum.

Dostlar, deməyim odur ki, "özəl bağça", "bahalıdır" deyib rahat olmayın, bəlkə də ən böyük işgəncəni elə oralarda verirlər. Diqqətli olun, yaxşı olar ki, ümumiyyətlə, kiçik yaşlarında belə dəlixanalara qoymayasınız. Bilmirsiniz, elə yerlərdə işə götürülmə qaydası necədir, bəlkə hansısa şizofrenikə kurs keçib işə alıblar?

Təhsil nazirimiz də nə etməlidir, bilmirəm... Deyirlər, tənqidə immuniteti güclüdür. O immunitet deyil ee, nəisə...

Uşaqları qorumaq borcumuzdur, onlar gələcəkdirlər".

Məsələ ilə bağlı sözügedən bağçadan telefon zənglərimizə cavab verilməyib.

Azərbaycanda daha bir bağçada dəhşətli hadisə - FOTOFAKT


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3138   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.