Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaşdır

Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaşdırSentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib.
Bu mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə əsas qonaq qismində iştirak edib və bu forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edərkən diqqətə çatdırıb ki, ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik. Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq."
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Prezident İlham Əliyev çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il Azərbaycan İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırır.
Dövlətimizin başçısı ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı da ətraflı məlumat verib. O, Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib.
Prezidentin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Forum çərçivəsində cənab Prezident İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırıb. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı qeyd edib ki , Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu konktekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönüm

08.08.2026 199
.

Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmiş

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Axşam.az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:. "

08.08.2026 240
.

Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı

Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb. -a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkə

00:13 117
.

Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ

Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır. Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu"

00:11 124
.

Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"

08.08.2026 290
.

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki

08.08.2026 206
.

Bolqarıstanda Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında dron partlayıb

Bolqarıstanın hava məkanına Rumıniya tərəfindən daxil olan dron qısa müddət sonra sərhəddən təxminən 100 metr kənarda partlayıb. "Report" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev Təhlükəsizlik Şurasının təcili iclasından sonra bildirib. Hadis

08.08.2026 154
.

FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. "Report" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. "Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hav

08.08.2026 165
.

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd

08.08.2026 180
.

TOP MP3