Oğlunu sevgilisinə qısqandı, sevdiyi insana xəstəlik arzuladı, beş il həbs cəzası aldı - Fədayə Laçın haqqında bilmədiklərimiz...

Oğlunu sevgilisinə qısqandı, sevdiyi insana xəstəlik arzuladı, beş il həbs cəzası aldı - Fədayə Laçın haqqında bilmədiklərimiz...BiG.AZ Kulis.az-a istinadən məşhur müğənni Fədayə Laçının daim maraq doğuran həyat hekayətini oxucuların diqqətinə çatdırır.

Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Fədayə atasına həsrət bir yeniyetməlik dövrü keçib. Atası onları tərk edərək başqa qadınla ailə qurub.

Fədayənin oxumağa meyli hələ yeniyetməlik illərindən başlasa da, erkən yaşda ailə quruduğu üçün evdə, mətbəxdə, yeni doğulmuş körpəsinə mahnılar oxumaqla, zümzümələr etməklə kifayətlənir. Günlər keçir, Fədayənin sənətə, oxumağa, səhnəyə olan sevgisi azalmır.

***

Ailə həyatı isə yolunda getmir. Və günlərin birində Fədayə də anasının taleyini yaşayır. Həyat yoldaşı onu və oğlunu tərk edərək Rusiyaya gedir. Oğlu Əlhəmlə tək yaşamağa qərar verən Fədayə ömrünü ona həsr etməyə qərar verir. Bir tərəfdən də oxumaq yanğısı, istəyi onu rahat buraxmır. Sənədlərini İncəsənət universitetinə verir və burada Xanəndə Canəli Əkbərovdan dərs almağa başlayır. O, Canəli Əkbərovla yanaşı Arif Babayevdən, İslam Rzayevdən və Məhəbbət Kazımovdan muğam, musiqi sənətini mənimsəməyə davam edir. Tezliklə toylara dəvət olunan müğənninin şöhrəti ətrafa yayılmağa başlayır.

Laçın işğal olunandan sonra Fədayə Məhəbbət Kazımovun məsləhəti ilə özünə Laçın təxəllüsünü götürür. Onu Fədayə Laçın kimi tamaşaçılara ilk dəfə təqdim edən də elə Məhəbbət Kazımov olur. Lakin, etiraf edək ki, Fədayənin populyarlığında böyük səbəb həm də onun Tacir Şahmalıoğlu ilə duet oxuması olur.

***

Tezliklə bu iki səsin birləşməsindən yaranan mahnılar insanların qəlbinə yatır. "Ney səsiyəm", "Sən gəldin gəlişinlə", "Külək məni yaralama", "Ayrılığın üzü dönsün" kimi bir-birindən gözəl mahnılar ifa edirlər. Bu mahnılar toylarda, avtobus dayanacaqlarında, taksilərdə, marşrutlarda dinlənilir, sevilir.

Onların birgə dueti bir sıra söz-söhbətlərə yol açır. Tacir ailəli olsa da, Fədayə ilə altı ildən çox böyük eşq yaşayır, onu böyük məhəbbətlə sevir. Lakin, zaman keçdikcə cütlük arasında soyuqluq əmələ gəlir. Fədayə tək oxumaq istədiyini elan edərək Tacirdən ayrılıb solo karyerasına başlayır.

***

Aradan uzun illər keçir. Fədayə mərdanə şəkildə Tacirlə olan münasibətini, onu vaxtilə sevdiyini etiraf edir. Tacir isə bunun əksini iddia edir, Fədayə ilə heç bir sevgi münasibəti yaşamadığını dilə gətirir. Bu barədə Fədayəyə verilən suallara o, küskün, gözündə kədərlə, ancaq qorxusuz cavablar verir:

Ətraflı

"Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm. Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdir. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki. Hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları da olurdu. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil".

Tacir isə verilişlərin birində Fədayə haqqında deyir:

"Fədayənin səsinin şərhə ehtiyacı yoxdur. Onun çox gözəl səsi və qəlbi var. Ondan ürəyini istəsən, o, tərəddüdsüz qəlbini çıxarıb onu istəyən adama verər. Fədayə çox mərd, kişi qeyrətli qadındır. Biz onunla tonlarla çörək kəsmişik, mən ondan bir dəfə də namərdlik görməmişəm".

***

Fədayənin həyatında, musiqiyə gəlişində bayaq adını çəkdiyimiz əməkdar artist Məhəbbət Kazımovun da əvəzsiz köməyi olub. Məhəbbət Kazımov ona fərdi musiqi dərsləri keçib, özü ilə bir neçə toya aparıb. Məhəbbət Kazımov dünyasını dəyişəndə izdihamın içərisindən də eşidilən yanıqlı türkünün ifaçısı da Fədayə olmuşdu...

Günlərin birində yayılan xəbər isə hər kəsi təəccübləndirir. Fədayə Laçın Qoca ləqəbli dustağın qaçmasına köməklik göstərdiyi üçün həbs olunur. Etibar Məmmədov adlı bu şəxs əslində Fədayənin növbəti uğursuz sevgisi idi. Onlar toyların birində tanış olurlar. Fədayənin şair təbiətli olması onun şeirlər, qəzəllər yazan Qocaya meyl etməsinə səbəb olur. O, həbsdən əvvəl Qoca haqqında danışarkən deyir:

"Bir dəfə o, xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömür boyu gözləməyə hazıram."

Bu sevgi onun 5 il həbsdə yatması demək idi. Fədayə həbs olunandan sonra həbsdə öyrənir ki, Qoca qaçmağa cəhd etdiyi zaman öldürülüb. Həbs həyatı, adını, şöhrətini, yaxınlarının etibarını itirən Fədayə həm də sevgisini, sevdiyi insanı həmişəlik itirir.

***

Fədayə həbsdə olduğu zaman çox məşhur insanlar onun azad olunması üçün müraciətlər edirlər. Nəticədə Fədayənin həbsi 2 ilə endirilir, azadlığa, ailəsinə, oğluna, anasına qovuşur. Sadəliyi, səmimiyyəti və saflığı ona əvvəlki ad-sanını qısa müddətdə qaytarır.

İndi ailəsi, yaxınları ilə birlikdə olan Fədayə müsahibələrinin birində deyir:

"İndiyə kimi cəmi bir dəfə ürəyimdən qısqanclıq hissi keçib. Oğlum bir qızla yazışırdı. Gördüm ki, çox mehriban söhbətləşirlər, ürəyimdən qısqanclıq keçdi. Elə bildim ki, oğlumu məndən alacaq. Oğluma da dedim ki, bax ha, birdən qız səni mənim əlimdən alar".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3428   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 825
.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 937
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 0
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 797
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 548
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 212
.

Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

00:10 293
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 677
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

00:06 318
.