Keçmiş gəlinindən Mətanət İsgəndərliyə MESAJ: "Yeni gəlini söz-söhbət yaratdığına görə Mətanət xanım..."
"Mən Azərbaycanı çox ümidsiz şəkildə, məcbur tərk etdim. Sinirlərim tab gətirmədi".
Bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.
O bildirib ki, artıq Mətanət İsgəndərli ilə əlaqə saxlamır:
"Müqavilə bağladım ki, biz mehriban olacağıq. Yeni gəlini söz-söhbət yaratdığına görə Mətanət xanım mənim üzərimə gəldi. Dedi ki, sən uşaqlarla evdə görüşməyəcəksən. Halbuki mən uşaqlarımı nənələrinə vermişdim. Oğlu təzə gəlinlə başqa yerdə yaşayırdı. Niyə 3 uşaq aşağı düşüb blokda mənimlə görüşməlidir? Yuxarı qalxdım ki, uşağa aldığım hədiyyəni verim. Mətanət xanım mənə dedi ki, mənim evimə yaxın gəlsən, mənə zəng etsən səni polisə verəcəm. Övladlarıma görə barışdım, başqası olsaydı, barışmazdı. O insan dəyişkən xarakterlidir. Mənə dedi ki, Canana, əgər tək olsaydım, səninçün hər şey edərdim, amma mənə icazə vermirlər. Səninlə mehriban oldum, evdə söz-söhbət yarandı. Ona görə də bizdən uzaq ol. Yəni mən – 3 övlad anası yeni gəlinin yeri rahat olsun deyə uşaqlarımla yalnız çöllərdə görüşə bilərəm. Halbuki o, gəlin gələndə məhkəmə boşanma kağızımızı bizə qaytarmayıb ki, mən onların soyadından çıxım. Bilirdi ki, 3 uşaq üstünə gəlib.
Mətanət xanımın son sözləri mənə çox pis təsir etdi və mən xəstələndim. Evə təcili yardım gəldi, uşaqlarımla görüntülü danışdım. Amma o halımda da onları mənim yanıma gətirmədilər. Ağır vəziyyətdə Rusiyaya getdim və orada müalicə aldım. Salonu, işimi itirdim. Hazırda Türkiyədə yaşayıram. Keçmiş menecerimlə məsləhətləşib moda və film sahəsində təklifləri dəyərləndirdim. İş qurmalıyam ki, ölkəyə qayıdım və ilk növbədə ev alım. Çünki ev lazımdır ki, övladlarım yanıma gəlsinlər. 18 sentyabrda oğlumun ad günüdür, kiçik qızım isə məktəbə gedəcək. Mütləq Bakıya gəlməliyəm ki, onları görüm. Bakıda hazırda çalışdığım reklam şirkətinin ofisini açacam.
Uşaqlarım əziyyət çəkir. Qızım o gün mənə deyir ki, ana, sən Kərimlə barışsan, mən özümü lap ağıllı aparacam. Sən nənəmlə barışdın deyə mən özümü bir az ağıllı aparıram. Uşaqlarıma dayə baxırdı. O da dözə bilməyib getdi. Hazırda Mətanət xanımın kiçik bacısı övladlarıma baxır. Uşaqlarım komfort həyata öyrəşiblər. Mən ev tutmuşdum, amma gəlib qalmaq istəmədilər. Çünki aylardır evin təmir olunmasını gözləyirlər. Mən onlara deyirəm ki, balalarımın şəraitini verin, ev öz adınızda olsun, mən gəlib övladlarımla yaşayım. Onların 1 evi olsaydı, bu təklifi etməzdim, ən azı 6 evləri var. Axı o ev mənim balalarımın haqqıdır. 3 uşaq ev ola-ola kirayələrdə böyüməməlidir. 21 ilimi o ailəyə həsr etmişəm. Mənim o ailədə zəhmətim olub".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293