"Getməyim üçün əmisi mənə pul təklif etdi"
Xalq artisti Naibə Allahverdiyeva illər əvvəl yaşadığı eşqdən danışıb.
BiG.AZ-a Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktrisa "Onun sirri" proqramında bəhs edib. O bildirib ki, hadisə Naxçıvanda yaşadığı ərəfədə baş verib:
"Naxçıvanda olanda gənc bir oğlan məni sevirdi. 21 yaşım vardı, universiteti bitirib getmişdim. İki yaş məndən kiçik idi. Həmin oğlan bütün günü teatrın önündə dururdu. Naxçıvanda qalmağım üçün dövlət mənə birinci mərtəbədə müvəqqəti ev vermişdi. Oğlan evlərindən mürəbbə və digər şeylər gətirib, arxa tərəfdə olan pəncərəmin önünə qoyurdu. Evin tək oğlu idi və zəngin ailə idilər. Gecəmi-gündüzümü qara etmişdi. Lakin o mənə yaxınlaşmırdı. Uzaqda durub, mənə baxır və izləyirdi. Bir-iki dəfə yaxınlaşsa da, danışa bilmədi. O zamanlar isə ürəyimdə başqa sevgi vardı. Sevgi görmədiyimdən, sevgi axtarırdım. Sevgiyə möhtac idim.
Bu uşaqlıqdan aldığım travmadır. Həyatım boyu məni izləyir. Bəlkə də heç zaman sevməmişəm. Həmin oğlana dedim ki, səni istəmirəm, səndən xoşum gəlmir. Valideyinləri oğlunun məni sevdiyini xəbər tutmuşdurlar. O da söyləmişdi ki, Naibə ilə evlənmək istəyirəm. Aktrisa olduğum üçün valideyinləri oğullarının mənimlə evlənməyinə qarşı idilər".
N.Allahverdiyeva əlavə edib ki, oğlanın əmisi ondan ayrılması üçün ona pul təklif edib:
"Onlar "Bizim nəsildə aktrisa ola bilməz" fikrində idilər. O dövrlərdə aktrisalar ailə həyatı qura bilmirdilər. Sonra oğlanın evində böyük qalmaqallar yaşanmışdı. Evdə oturmuşdum. Gördüm ki, qapı döyülür. Oğlanın əmisi idi. O, mənim getməyimi söylədi. Oğlan sözün həqiqi mənasında mənə "Məcnun" olmuşdu. O qədər məni bezdirmişdi ki, çılğınlığıma salıb, deyirdim ki, "Buradan çıxıb getməsən, başına daş vuracağam".
Əmisinə dedim ki, oğlana söyləyin məndən əl çəksin, nifrət edirəm ona. O isə cavab olaraq söyləyirdi ki, "Səndən heç zaman əl çəkməyəcək və biz də buna razı olmayacağıq. Buradan çıx get". Eitraz etdim və dedim ki, buradan çıxıb gedən deyiləm.
Əmisi getməyimə görə pul təklif etdi. Amma tərsliyimə salıb, yenə də getməyəcəyimi söylədim. Sonra tamam başqa səbəblər ortalığa çıxdı və getməli oldum".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə
17.09.2021 4785 Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693